Çexiyada unikal əməliyyat keçirilib. Cərrahlar yaşlı kişinin qarnından 27 kq-lıq şiş xaric ediblər.
Xarici mətbuatın məlumatına görə, xəstəxanaya müraciət edən yaşlı kişi həkimlərə bildirib ki, artıq çəkidən əziyyət çəkir və son zamanlar onun belində ağrılar əmələ gəlib. Pensiyaçı fikirləşib ki, böyük qarın belinə təzyiq edir və bu da ağrılara səbəb olur.
Çexiyada artıq çəkidən əhalinin yarısından çoxu əziyyət çəkir. Bunun səbəbi onların un və yağla zəngin olan milli mətbəxidir. Bu səbəbdən Çexiyada böyük qarınla kimi isə təəccübləndirmək çətindir.
Lakin müayinə göstərib ki, yaşlı çexin qarnında xeyli piylə bərabər nəhəng şiş var. Təcili əməliyyat keçirilib və kişinin qarnından 27 kq çəkisi olan xərçəng şişi çıxarılıb. Əməliyyat 6 saat davam edib.
Daha sonra xəstə yarım il ərzində xəstəxanada müalicə alıb və sonra evə buraxılıb. Hal hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.
Həkimlər insanlara qarının böyüməsinə fikir verməyi tövsiyə edirlər. Bəzən bu tək piylənmənin deyil, daha ciddi xəstəliyin simptomu ola bilər.
Saglamolun.Az