Amerika sperma banklarında görün nə baş verir... ŞOK DETALLAR

The New York Times xəbər verir ki, son zamanlar ABŞ-da məhkəmələrə sperma banklarına qarşı çoxlu sayda iddialar daxil olur.

İddiaçılar sperma bankları diqqətsizlikdə, sperma nümunələrinin itirilməsində, digər insanların sperması ilə əvəz olunmasında günahlandırır. İddiaçılar sübut edir ki, banklar onları aldadır.

ABŞ-da bir neçə iri və çoxlu kiçik sperma bankları mövcuddur.

İddialardan birində deyilir ki, ciddi genetik xəstəliyi (Marfan sindromu) olan bir müştərinin sperma nümunələri sperma bankı tərəfindən itirilib və ya (ən pis halda) süni mayalanma üçün istifadə olunub.

Sperma nümunələri əksər hallarda yalnız infeksiyalara yoxlanılır, genetik pozulamalara isə yoxlanılmır. Bu isə xəstə şikəst uşaqların dünyaya gəlməsi riskini artırır.

Bu yaxınlarda məlum olub ki, cavan həkim nevroloq kimi təqdim olunan sperma donorlarından biri şizofreniya xəstəliyindən əziyyət çəkən, savadı olmayan keçmiş məhbusdur. Bu məlumatlar üzə çıxdıqda bu donorun spermasından artıq çoxlu sayda qadınlar stifadə edib və nəticədə 36 uşaq dünyaya gəlib.

Digər sperma bankının müştərisi xərçəngdən müalicə aldıqdan əvvəl (belə müalicə kişilərdə sonsuzluğa səbəb olur) 5 sınaq şüşəsi sperma dondurub. Müalicədən sonra ailə cütlüyü uşaq sahibi olmaq məqsədi ilə bankdan sperma nümunələrini istədikdə məlum olub ki, onlar səhvən məhv edilib.

Ağdərili ailə cütlüyünə səhvən qaradərili donorun sperması təqdim olunub.

Saglamolun.Az