Cərrahlar 20 kq-lıq şişi xaric ediblər

Rostov (Rusiya Federasiyası) cərrahları 20 kq çəkisi olan bədxassəli şişi xaric ediblər.

Rus KİV-inin məlumatına görə, yaşlı kişi qarınının səbəbsiz olaraq böyüməsindən narahat olub və həkimlərə müraciət edib. Müayinə zamanı xəstənin qarın boşluğunda çox iri liposarkoma (piy toxumasından inkişaf edən bədxassəli şiş) aşkar olunur.

Xoşbəxtlikdən, şiş heç bir digər orqana yayılmayıb. Həkimlər şişi xaric etməyə qərar veriblər. Əməliyyat uğurlu keçib. Belə böyük şişlərin xaric edilməsi zamanı güclü qanaxmaların riski olduqca böyük olur. Cərrahlar xəbər verir ki, elektrocərrahiyyə metodlarının tətbiqi ciddi qanaxmanın qarşısını alıb.

2010-cu ildə Argentinada qadının qarın boşluğundan 23 kq-lıq şiş xaric olunub. Bu şiş dünyada ən iri xaric olunmuş şiş sayılır.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...
Nəzmin Musayeva

Nəzmin Musayeva

Plastik cərrahiyyə

Plastik Estetik cərrah İş stajı - 10 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика