Uşaqlıq boynu xəstəlikləri ən yayılmış qadın xəstəliklərindəndir. Uşaqlıq boynu xərçəngi qadınlar arasında süd vəzi xərçəngindən sonra 2-ci yer tutur.
Təəssüf ki, həm eroziya, həm də xərçəng əksər hallarda simptomsuz inkişaf edir və yalnız profilaktik ginekoloji müayinə zamanı təsadüfən aşkar olunur. Məhz bu səbəbdən profilaktik ginekoloji müayinələr çox vacibdir.
Uşaqlıq boynu eroziyası və xərçənginin səbəbləri, risk faktorları, diaqnostikası və müasir müalicəsi haqqında cərrah, mama-ginekoloq Vüsalə Əsgərova Sağlam Saat video-layihəsində ətraflı məlumat verib.
Çəkiliş üçün əlaqə: 051 585 56 75, 055 473 17 37
Saglamolun.Az