Dünyada hər 2-3 qadından və hər 5 kişidən birində varikoz xəstəliyi var. Varikozun ən yayılmış forması aşağı ətrafların (ayaqlar) varikozudur.
Bir çox insanlar varikozu yalnız kosmetik defekt hesab edir - göy şişkin damarlar, damarlar toru. Lakin bu səhvdir. Aşağı ətrafların varikozu vaxtında və düzgün müalicə olunmadığı halda çox ağır fəsadlar verir və hətta xəstənin ölümünə səbəb ola bilər.
Varikoz xəstəliyinin ilkin simptomları, səbəbləri, müalicəsi və profilaktikası haqqında SAĞLAM SAATın studiyasında damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Teyran Şəmsəddinskaya danışıb.
Daha ətraflı videoda baxın.
Çəkiliş üçün əlaqə: 051 585 56 75, 055 473 17 37
Saglamolun.Az