Maraqlı görünüşü və ləzzətli dadı ilə diqqət cəlb edən “Qarışqa yuvası” tortunun reseptini təqdim edirik.
Lazım olan məhsullar:
- Yumurta - 3 ədəd
- Duz - 0,5 çay qaşığı
- Soda - 0,5 çay qaşığı
- Qatıq - 4 xörək qaşığı
- Şəkər tozu - 1 stəkan
- Yağ - 100 qr
- Un - 4 stəkan və 1 stəkan stolda xəmir üçün
Krem:
- Yağ - 100 qr
- Bal - 2 qaşıq
- Qatılaşdırılmış süd - 1 banka
- Xaşxaş
Hazırlanması:
Xəmir hissələrə ayrılır və 6 saat soyuducuda saxlanılır. Donmuş xəmir sürtgəcdən və ya ət maşınından keçirilir, listə qoyulur və bişirilir. Bişdikdən sonra isti-isti xırdalanır, əzilir, kremlə qarışdırılır və qarışqa yuvasına oxşayan təpəcik şəklində forma verilir. Üzərinə xaşxaş səpilir.
Saglamolun.Az