Ballı-qozlu peçenye

Bu peçenye uşaqların xoşuna gələcək. Müxtəlif qoz-fındıqdan istifadə etmək olar (qoz, fındıq, badam, keşyu və s.).

Lazım olan məhsullar:

- kərə yağı - 200 qr,

- şəkər tozu - 2-3 xörək qaşığı

- duru bal - 1/2 stəkan

- qabartma tozu - 1 paket,

- yumurta - 1 dənə,

- un - 2.5 stəkan,

- qoz-fındıq - 1/2 stəkan

- şəkər kirşanı (peçenyenin üzərinə tökmək üçün).

Hazırlanma:

1. Qoz-fındığı tavada bir qədər qızardın, sonra xırda doğrayın.

2. Yumşaq yağı şəkər tozu ilə yaxşı qarışdırın. Üzərinə bal və yumurta  əlavə edin və yenə də yaxşı qarışdırın.

3. Ayrı qabda unu qabartma tozu ilə qarışdırın və yağlı-yumurtalı kütləyə əlavə edib xəmir yoğurun (xəmir yumşaq alınmalıdır).

4. Xəmiri plyonkaya bükün və 20-30 dəqiqəyə buzxanaya qoyun.

5. Xəmiri 2 hissəyə bölün, tikələr kəsin.

6. Xəmiri peçenye formasına salın, xırdalanmış qoz-fındığa batırın.

7. Peçenye xüsusi perqament kağızı sərilmiş tavaya düzün və sobada 180 C-də təxminən 15 dəqiqə ərzində bişirin. Peçenye soyandan sonra onun üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

Saglamolun.Az