Загрузка...

Çox dadlı göbələk qəlyanaltısı

Göbələk çox dadlı və faydalı məhsuldur. Qida dəyərinə görə göbələklər ətdən geri qalmırlar.

Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, C, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.

Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozulmaları zamanı çox xeyirlidir.

Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.

Göbələklər xüsusi maddələr - antioksidantlarla olduqca zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir.

Sizə çox dadlı və asan göbələk qəlyanaltısı reseptini təqdim edirik.

Lazım olan məhsullar

- iri şampinyonlar - 10 dənə

- pendir (rossiyskiy, holland pendiri) - 150 qr

- xama - 2 xörək qaşığı

- soğan - 1 baş

- sarımsaq - 1 diş

- duz, istiot (zövqə görə)

- bitki yağı (tavaya çəkmək üçün)

Hazırlanma:

1. İri şampinyon göbələkləri seçirik. Onları yaxşı təmizləyirik, yuyuruq və quruduruq. Şampinyonların gövdəsini kəsirik və çay qaşığı ilə ehtiyatla oyuruq.

2. İçlik hazırlamaq üçün soğanı xırda kublar şəklində doğrayırıq və bitki yağında bir qədər qızardırıq. Daha sonra ora xırda doğranmış göbələklərin gövdələrini, duz, istiot, xırda doğranmış sarımsaq əlavə edirik və hazır olana kimi qızardırıq. Axırda xama əlavə edirik, yaxşı qarışdırıq və təxminən 1 dəqiqə ərzində qızardırıq.

3. Pendiri sürtgəcin iri gözündən keçirdirik. Pendirin yarısını içliyə əlavə edirik və yaxşı qarışdırırıq.

4. Tavaya bir qədər yağ çəkirik və göbələkləri düzürük. Hər göbələyin içinə içlik qoyuruq və üzərinə pendir tökürük.

5. Şampinyonları 190-200 C kimi qızdırılmış sobada 10-15 dəqiqə ərzində bişiririk.

Nuş olsun!

Mənbə: www.hozoboz.com


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#1 Samire 27.03.2015 15:35
beh beh superdiki

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика