Загрузка...

Xurmanın faydası

Xurmanın vətəni Çindir. XIX əsrin axırlarından bu meyvə bütün dünyada tanınır. Xurma ən xeyirli meyvələrdən biri sayılır.

Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod  kimi mikroelementlər, A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir. Bundan əlavə xurmada karbohidratlar, zülallar, qida lifləri, üzvi turşular, antioksidantlar var.

Antioksidantları xüsusən vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə orqanizmimizə düşən şlakları, toksinləri və s. zərərli maddələri orqanizmdən çıxartmağa kömək edir. Xurma müəyyən bakterisid (bakteriyaları öldürən) xüsusiyyətlərinə malikdir.

Xurmanın tərkibində olan pektin maddəsi həzm proseslərini yaxşılaşdırır. Məhz bu səbəbdən mədə-bağırsaq xəstəlikləri zamanı təbii "dərman" kimi istifadə oluna bilər.

Dəmirlə zəngin olan xurma qanazlığı zamanı kömək edir.

Xurma ürək əzələsini qidalandırır, böyrəklər və qalxanvari vəzinin fəaliyyəti üçün  xeyirlidir, insanın zehni fəaliyyətini stimullaşdırır, iş qabiliyyətini artırır.

Xurma ağ ciyərləri və bronxları təmizləyir. Bu xüsusən siqaret çəkən insanlar üçün çox vacibdir.

Xurma sidikqovucu effektə malikdir, orqanizmdə natrium duzları çıxartmağa kömək edir, təzyiqi normallaşdırır.

Bundan əlavə bu meyvə kosmetologiyada uğurla istifadə olunur. Sizə tərkibində xurma olan bir neçə maska resepti təqdim edirik.

- Xurmanın ətini əzib üzünüzə maska şəklində vurun. Bu sadə maska dərininizi daha cavan və parlaq edəcək.

- Üz dərisində olan məsamələri kiçildmək üçün 1 xurmanın ətini 1 yumurta sarısı ilə qarışdırıb 10-15 dəqiqə ərzində üzünüzdə saxlayın və sonra ilıq su ilə yuyun.

- Skrab resepti: 1 dənə xurma + 1 x.q. düyü unu.

- Qidalandırıcı maska: 1 dənə xurma + 1 ç.q. bal + 1 ç.q. kərə yağı + bir neçə damcı limon şirəsi.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Aqil 07.12.2012 13:26
Dəyərli məlumatlara görə təşəkkürlər.All ah razi olsun.
#2 MİRZƏXAN 13.12.2012 13:21
Cox faydalandım.ALL AH köməyiniz olsun. AMİN.
#3 Hulya 26.01.2013 19:37
Saq olun bizi mariflandirdiyi niz ucun
#4 aysel 09.03.2013 17:54
oooo nece maraqlidi.zobad a xeyirlidir.zobu olanlar bol bol yeyin
#5 AYNUR 24.04.2014 15:55
SALAM HEKIM BILMEK ISTERDIM XURMA YEMEK SUDU ARTIRIR?
#6 Administrator 25.04.2014 05:13
Südün istehsalına heç bir qida və s. ciddi təsir etmir. Uşağı tez-tez əmizdirin ki, südün miqdarı artsın.
#7 agayevalim 21.12.2014 21:25
SALAM MEN HAMILE OLANDA KONLUM BU MEYVENI CEKIRDI 2 YADA 3 UN YEYIRDIM SONRA VEZYETIM PISLESIRDI UREYIM BULANIRDI BASIM GICELLENIRDI HALSIZ OLURDUM BU HAL YALNIZ BU MEYVENI YEDIKDEN SONRA BAS VERIRDI SIZCE BUNA NECE AYDINLIQ GETIRMEK OLAR

.

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /214

Яндекс.Метрика