Qara balın özəlliyi - Qarabaşaq balının 10 FAYDASI

 

Qədim zamanlarda bütün xəstəliklərin aradan qaldırılması üçün baldan istifadə olunub.

İnsanlar kimyəvi maddələrdən istifadə etməzdən əvvəl müxtəlif təbii bitkilərdən və baldan hazırlanan qarışıqlar sayəsində xəstəliklərin aradan qaldırılmasına nail olublar.

Balın bir çox növləri var. Bunlara cökə balı, moruq balı, ağ akasiya balı, çəmən balı, meşə balı, yabanı bal və s. aid etmək olar.

Bundan əlavə qarabaşaq balı adlanan növ də mövcuddur. Bu bal qarabaşaq çiçəklərindən əldə edilir. Doğrudur, qarabaşaq bitkisinin çiçəkləri ağ rəngdə olsa da, arının onun nektarından istehsal etdiyi bal qara rəngdə olur. Qarabaşaq balı bir sıra xəstəliklərə güclü təsir edir.

Medicina.az həmin faydaları təqdim edir:

- Beynin hüceyrələrini və toxumaları qlükoza və fruktoza ilə təmin edir, enerji balansının saxlanmasına kömək edir

- Mineralların hesabına dəri, ürək, mədə xəstəliklərinin müalicəsində istifadə olunur

- Gözün torlu qişasının işini yaxşılaşdırır və irinli yaraların sağalmasını sürətləndirir

- İmmun sistemini dəstəkləyir

-  Anginanı, zökəm, qrip və kəskin respirator xəstəliklər və tənəffüs yollarının müxtəlif xəstəliklərin müalicəsində istifadəsi məsləhətdir.

- Hipertoniya və qanazlığından xilas olmağa kömək edir. O, damarların işini qaydaya salır və qanı zənginləşdirir, qanın hazırlanmasına kömək edir.

- Avitaminoz zamanı orqanizmin bərpasına xeyiri var

- Orqanizmin mübadilə proseslərinin normallaşdırılmasına müsbət təsir edir

- Orqanizmdən radionukleidləri çıxarmaq qabiliyyəti var (yəni bədəndən radiasiyanı təmizləmək)

- Depressiyadan çıxarır, sakitləşməyə və əhval-ruhiyyəni qaldırmağa kömək edir

- Mədədə turşu balansının sabitləşdirilməsində istifadə olunur. Onu xora xəstəliyinin müalicəsində tövsiyə edirlər

- Qaraciyərin fəaliyyətinə müsbət təsir edir. 

Əgər bu kimi sağlıq problemləriniz varsa, qarabaşaq balı alıb qəbul edə bilərsiz. Gün ərzində 1 x.q. bal qəbul etmək kifayətdir.

Saglamolun.Az




loading...

Yaz və payızda ən yayılmış KOKSAKİ virusu və onun müalicəsi

 

 

 

 
loading...

HƏKİMLƏR

Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Afət Tağıyeva

Afət Tağıyeva

Ginekologiya

Mama-ginekoloq İş stajı – 22 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...

 


Яндекс.Метрика