Müqəddəs Quranda adı çəkilən meyvə - ƏNCİR

Əncir meyvəsinin tərkibindəki efir yağı qanın qatılaşmasının qarşısını alır. Əgər siz bir ay ərzində gündə bir əncir yesəz, bunun təsirini tez bir zamanda hiss edə bilərsiniz.

Quranda da adı çəkilən əncirin möcüzəvi təsirini təqdim edirik.

Əncir bu xəstəliklərdə müalicəvi təsirə malikdir:

Yüksək temperatur, boğaz ağrısı, ağız boşluğunun infeksiyası, bronxit.

Bunun üçün nə etmək lazımdır:

1 xörək qaşığı doğranmış quru əncirin üzərinə 2 stəkan qaynar su töküb, 10 dəqidə vam odda dəmləmək lazımıdır. Hazır olandan sonra bu içkini əvvəl soyudub, sonra süzün. Gündə 4 dəfə az-az bu içkidən içsəz, tez bir zamanda özünüzü yaxşı hiss edəcəksiniz.

Yorğunluq, zəiflik və əsəb gərginliyi

Bunun üçün 1 stəkan ilıq südə 4-5 dənə əncir əlavə edib 4-5 saat saxlayın. Sonra süzüb yumşalmış əncirləri bölüb, 3-4 dəfəyə yeyin. Bu vasitə sizin əsəb sisteminizi sakitləşdirəcək, günboyu sizi gümrah edəcək.

Sidik kisəsində daş, sistit xəstəliyi, idrar zamanı göynəmə

3-5 ədəd təzə əncirin üzərinə 200 millilitr isti su əlavə edərək 5 dəqiqə qaynadılır. Sonra meyvələr əzilərək püre halına gətirilir. Gün ərzində bu qarışımı fasilələrlə qəbul edin.

Bu bədəndəki iltihabı prosesi aradan qaldırmağa sizə yardımçı olacaq.

Bundan əlavə əncirin immun sisteminin möhkəmlənməsin də xüsusi yeri var.

Bunun üçün siz əncir salatı hazırlayıb, səhər yeməyində istifadə edə bilərsiniz. Bu salat sizi uzun müddət tox saxlamaqla yanaşı, ürək- damar sisteminizi də qoruyacaq.

Salat necə hazırlanır?

- 300 qr əncir;

- 150 qr qara gavalı;

- 2,5 xörək qaşığı badam;

- 1 stəkan kefir;

- rəndələnmiş portağal qabığı;

Qara gavalı və əncirləri xırda-xırda doğrayın. Badamın qabıqlarını təmizləyib, xırdalayıb əncirin üzərinə əlavə edin. Sonda kefiri də əlavə edib, portağal qabığını üzərinə səpin.

Bu qarışımı hər səhər yesəniz, gün boyu özünüzü gümrah, enerjili hiss edəcəksiniz.

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...
Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...

 


Яндекс.Метрика