Dünyanın ən FAYDALI MƏHSULLARI

Limon dünyanın ən faydalı məhsulu elan edilib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində dietologiya sahəsində çalışan mütəxəssislər ən faydalı xüsusiyyətlərə malik olan məhsulların siyahısını hazırlayıb.

Dietoloqların sözünə görə, belə məhsullar orqanizmin işinin yaxşılaşmasına imkan yaradır və uzun illər sağlamlığın qorunmasına kömək edir.

Siyahının lideri güclü aktioksidant təsiri ilə tanınan limon olub. O, qanda xolesterinin səviyyəsini azaltmağa, iltihablarla mübarizə aparmağa və bağların elastikliyini saxlamağa qadirdir.

Böyük miqdarda zülal və vitamin sayəsində brokkoli kələmi ikinci yerdə olub.

Qara şokolad ən faydalı məhsulların reytinqində üçüncü yeri tutub. Mütəxəssislər onun sadəcə əhval-ruhiyyəni qaldırmaq qabiliyyətini deyil, həm də kəskin təzyiq düşməsinə kömək etdiyini vurğulayıb. Ancaq diyetoloqlar qeyd ediblər ki, şokolad heç yağ əlavəsi edilmədən, təbii kakaodan istehsal edilmiş olmalıdır.

Kartof da faydalı qidalar siyahısına daxil edilib. Tərəvəz böyük miqdarda sellüloza və kompleks karbohidratların olması ilə qiymətləndirilir.

Qızıl balıq faydalı məhsulların siyahısını bağlayır. Dietoloqlar Omeqa-3 yağı ilə zəngin olan balıqları yeməyi məsləhət görür. Müntəzəm olaraq qızılbalıq istifadəsi Alzeymer xəstəliyinin və yaşla bağlı yaranan digər xəstəliklərin inkişafını zəiflədir.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...
Mamed Muradov

Mamed Muradov

Stomatologiya

Stomatoloq, implantoloq İş stajı: 12 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...

 


Яндекс.Метрика