Orqanlarımıza oxşayan məhsullar bu orqanlar üçün ən faydalısıdır - VİDEO

Bəzi məhsullar insan orqanlarına çox bənzəyir.

Məsələn, qoz beyinə, kök gözün qüzehi qişasına oxşayır və s. Ən maraqlısı isə budur ki, bu məhsullar məhz bu orqanlar üçün ən faydalısı sayılır.

Saglamolun.az sizə bu möcüzəvi məhsulları ilə tanış edir.

Qoz və beyin  

Bir çox elmi araşdırmalar təsdiq edib ki, qoz beyin üçün ən faydalı məhsuldur. Omeqa-3 polidoymamış yağlarla zəngin olan qoz beyinin fəaliyyətinə çox müsbət təsir edir, beyini cavan saxlayır.

Kök və göz

Vitaminlərlə (xüsusilə A vitamini ilə) zəngin olan kök görmə üçün çox faydalıdır.

Kərəviz və sümüklər

Kərəvizin gövdələri həqiqətən sümükləri xatırladır. Kremniumla zəngin olan kərəviz sümüklərin sağlamlığı və möhkəmliyi üçün ən faydalı məhsuldur.

Qreypfrut və süd vəzi

Qreypfrut və həmçinin portağalın, limonun tərkibində olan "limonoid" maddələri süd vəzini xərçəngdən qoruyur.

Pomidor və ürək

Likopin maddəsi ilə zəngin olan pomidor ürək üçün ən faydalı məhsul sayılır. Likopin damarların sağlamlığını qoruyur, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Pomidorun termik emalı likopinin miqdarını dəfələrlə artırır.

Zəncəfil və mədə  

Zəncəfilin tərkibində olan "gingerol" maddəsi güclü iltihabəleyhinə təsirə malikdir, mədədə isltihabı azaldır. Həmçinin zəncəfil ürəkbulanması, qarın ağrısı, qarında spazm zamanı ən yaxşı təbii vasitədir.  

Molyusk və kişi cinsiyyət sistemi

Fol turşusu və sinklə zəngin olan molysklar spermanın keyfiyyətini yaxşılaşdırır.

Avokado və uşaqlıq

Avokado uşaqlığın sağlamlığı üçün çox faydalıdır, uşaqlıqda xəstəlik və pozulmaların inkişafına mane olur.


Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar