Soyuqdəymədən qorunmaq üçün VİTAMİNLİ BOMBA - Rus həkimin tövsiyəsi

Qripp və soyuqdəymədən qorunmaq üçün sağlam və tamdəyərli qidalanmaq çox vacibdir.

Rasion vitamin və minerallarla zəngin olmalıdır. Bu məhsulların tərkibində olan antioksidant və bioflavonoidlər soyuqdəymə xəstəliklərin riskini azaldır, immun sistemini möhkəmləndirir.

Rusiyalı həkim Viktoriya Savitskaya soyuq fəsillərdə alma, xurma, nar, kivi, sitrus meyvələrini tez-tez yeməyi tövsiyə edir.

Həkimin sözlərinə görə, adi almanın tərkibində olan iltihabəleyhinə salisil turşuları soyuqdəymənin əla profilaktikasıdır. Almanı qabıqlı yemək lazımdır. Məhz almanın qabığında faydalı maddələr çoxdur. Soyuqdəymə və qripp zamanı alma qabıqlarının dəmləməsi yaxşı müalicəvi təsir edir.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, həkim immun sistemini möhkəmləndirmək üçün çox faydalı smuzi reseptini təqdim edir. 1 qreypfrutu təmizləyin, yarım banan, 1 stəkan təbii yoqurt və 1 ç.q. bal əlavə edin və bunların hamısını blenderdə qarışdırın. Həkim bu qarışığı "vitaminli bomba" adlandırıb. Qarışıq maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmi tonuslaşdırır, möhkəmləndirir.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Bəhruz Eyvazov

Bəhruz Eyvazov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Nəzmin Musayeva

Nəzmin Musayeva

Plastik cərrahiyyə

Plastik Estetik cərrah İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика