Kivinin bilinməyən faydaları

Kivinin faydalı və müalicəvi xüsusiyyətləri saymaqla bitməz.

Qiymətli qida məhsulu olan kivi C vitamini ilə zəngindir. Tərkibində A, E, K vitaminləri, kalsium, maqnezium, fosfor, potasium vitaminləri mövcuddur.

Bəs kivinin faydaları nədədir?

- Hekimtap.az xəbər verir ki, kivi astma xəstəliyinin müalicəsində yardım edir. Kivi xırıltılı tənəffüs və öskürək kimi astma simptomlarının yüngülləşməsinə kömək edir.

- Həzmə kömək edir. Tərkibində həzm sistemi üçün mühüm olan liflər mövcuddur. Bu liflər sayəsində kivi qəbizliyi aradan qaldırır.

- Bu meyvə diabetli insanlar tərəfindən də istifadə edilə bilər. Qan şəkərini yüksəltməz.

- Yaraların sağalma müddətini tezləşdirir.

- Yuxu keyfiyyətini artırır. Bu səbəbdən yuxu problemi olanlar kividən istifadə edə bilərlər. Bunun üçün yatmazdan bir saat öncə 1 kivi yeyin.

- Xolestrolu aşağı salır və bununla da ürək-damar sisteminin sağlamlığını qoruyur.

- İmmun sistemini gücləndirir.

- Görmə keyfiyyətinə müsbət təsir göstərir.

- Sızanaqlardan tez xilas olmağınızı təmin edir.

- Çatlayan dodaqlar üçün də istifadə edə bilərsiniz.

Saglamolun.Az