Загрузка...

Arıqladan ZƏNCƏFİLLİ İÇKİLƏR

Zəncəfil maddələr mübadiləsini və qan dövranını sürətləndirmək xüsusiyyətləri ilə tanınır. Bu 2 xüsusiyyətə görə zəncəfil artıq çəkidən xilas olunmağa yaxşı kömək edir.

Sizə arıqlamağa kömək edən zəncəfilli  içkilərin reseptlərini təqdim edirik:

1. 2-3 sm uzunluqda olan təzə zəncəfil kökü sürtgəcdən keçirilir, 1 dilim limon, 3-4 nanə yarpağı əlavə olunur, üzərinə 200 qr isti su tökülür. 30 dəqiqədən sonra dəmləməni süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için.

2. 1 stəkan təzə qatığın içinə 1 çimdik üyüdülmüş zəncəfil tökün, qarışdırın. Axşam yatmazdan əvvəl bu qarışığı için.

3. Hərəsindən 1 çimdik üyüdülmüş zəncəfil, darçın və hil 1 stəkan isti suda dəmləyin və gündə 2 dəfə səhər və axşam yarım stəkan olmaqla için.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
Яндекс.Метрика