Hər səhər 1 qaşıq için. SAĞLAMLIQ və CAVANLIQ MƏNBƏYİ

Təbiət bizə cavan və sağlam qalmaq üçün çoxsaylı unikal vasitələr bəxş edib. Sadəcə bu vasitələri tanımaq və onlardan düzgün istifadə etmək lazımdır.

Belə sağlamlıq və cavanlıq mənbələrdən biri kətan yağıdır. Bu nadir müalicəvi məhsulun faydaları saymaqla bitməz.

Saglamolun.az bildirir ki, kətan yağı Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir. Omeqa-3 turşusu bu yağda hətta balıq yağında olnadan da çoxdur. Bu turşular ürək-damar sistemini və beyini qoruyur, infarkt və insultun riskini azaldır.

Kətan yağı beyinin fəaliyyətini, yaddaşı və diqqəti yaxşılaşdırır, beyini qocalıqdan qoruyur. Araşdırmalar göstərir ki, bu yağın müntəzəm qəbulu Alsheymer xəstəliyinin riskini azaldır.

Kətan yağı mədə-bağırsaq sistemi üçün çox faydalıdır - bağırsaqları təmizləyir, qəbizliklə mübarizə etməyə kömək edir, qurdqovucu təsirə malikdir.

Kətan yağı arıqlamağa kömək edir. Bu səbəbdən diyetoloqlar tez-tez bu yağı pəhrizlərə daxil edir.

Kətan yağı sümüklərin və oynaqların sağlamlığını qoruyur.

Kətan yağı qadınlar üçün xüsusilə faydalıdır. Bu yağ dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır, qadınlarda süd vəzi xəsrçənginin riskini azaldır.

Kətan yağı kişi sağlamlığı üçün də faydalı sayılır.

Kətan yağını hər gün səhər tezdən 1 ç.q. olmaqla acqarına içmək lazımdır. Tədricən yağın qəbulunu 1 x.q. çatdırın. 30-40 dəqiqədən sonra səhər yeməyi yeyə bilərsiniz. Müalicəni 1 ay ərzində davam edin.

Nəzərə almaq lazımdır ki, bəzi həzm sistemi xəstəlikləri zamanı kətan yağının qəbul etmək olmaz.

Saglamolun.Az

............




loading...

 

 

 

Bel və oynaqlarda ağrılar var? - AERTAL kremi
Загрузка...

HƏKİMLƏR

Əminə Allahverdiyeva

Əminə Allahverdiyeva

Ginekologiya

Cərrah-ginekoloq-seksopatoloq İş stajı - 13 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...

 


Яндекс.Метрика