Загрузка...

Gündə 2-3 fincan qəhvə bu 5 xəstəlikdən qoruyur

Son elmi araşdırmalar qəhvənin insan sağlamlığına olan yeni müsbət təsirlərini üzə çıxardır. Belə ki, qəhvənin tərkibində olan kofein maddəsi bəzi xəstəliklərin inkişafı riskini azaldır.

"Komsomolskaya pravda"nın məlumatına görə, Harvard ictimai səhiyyə məktəbi alimləri bir neçə il ərzində davam edən 130 000 insanın əhatə etdiyi elmi araşdırma zamanı aşkar ediblər ki, qəhvə bu kimi xəstəliklərin riskini azaldır:

- Şəkərli diabet

Qəhvə mədəaltı vəzinin qlükozaya olan həssaslığını artırır ki, bu da mədəaltı vəzinin fəaliyyətini tənzimləyir, ona müsbət  təsir edir. Nəticədə şəkərli diabetin inkişafı riski azalır.

- Ürək çatışmazlığı

Araşdırmalar göstərib ki, gündə 2-3 fincan təbii qəhvə ürək çatışmazlığından qoruyur.

- Parkinson xəstəliyi

Alimlər sübut ediblər ki, qəhvənin qəbulu Parkinson xəstəliyinin riskini xeyli azaldır. Ümumiyyətlə kofein yaşlı insanların beyininin fəaliyyətinə müsbət təsir edir, beyinin qocalmasını ləngidir.

- Qaraciyər xərçəngi

Qəhvə qaraciyərin mənfi təsirlərə (xüsusilə spirtli içkilərə) olan davamlılığını artırır və nəticədə qaraciyər xəstəliklərinin və o cümlədən qaraciyər xərçənginin riskini azaldır. Alimlərin fikrinə görə, gündə 2-3 fincan qəhvə içən insanlarda bu riski 40-50% azalır.

- Yoğun bağırsaq xərçəngi

Elmi araşdırmalar sübut edib ki, gün ərzinə 2-3 fincan qəhvə içən insanlarda yoğun bağırsaq xərçənginin riski 26-50% qədər azalır.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика