ət-Tariq (Gecə gələn) surəsi
(Məkkədə nazil olmuşdur, 17 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
2 - (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
3 - (O, zülməti yaran) parlaq ulduzdur!
4 - Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
5 - Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
6 - O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
7 - (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
8 - Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -
9 - Bütün sirlərin aşkar olacağı o qiyamət günü;
10 - (O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!
11 - And olsun yağış sahibi olan göyə;
12 - And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
13 - Bu (Quran haqla nahaqqı) ayırd edən kəlamdır!
14 - O, oyun-oyuncaq (əyləncə) deyildir!
15 - Həqiqətən, (Məkkə müşrikləri Quranın nurunu söndürmək üçün) hiylə qurdular.
16 - Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.
17 - Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!
Saglamolun.Az