99. əz-Zilzal surəsi

əz-Zilzal (Zəlzələ) surəsi

(Məkkədə nazil olmuşdur, 8 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
2 - Yer öz yükünü çıxardıb atacağı zaman;
3 - İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman -
4 - Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -
5 - Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!
6 - O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).
7 - Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
8 - Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).

Saglamolun.Az