106. əl-Qureyş surəsi

əl-Qureyş (Qüreyş) surəsi

(Məkkədə nazil olmuşdur, 4 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,
2 - Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.
3 - Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər!
4 - O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.

Saglamolun.Az




 

 

 

 


Яндекс.Метрика