113. əl-Fələq surəsi

 

əl-Fələq (Sübh) surəsi

 

(Məkkədə nazil olmuşdur, 5 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
2 - Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
3 - Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
4 - (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
5 - Və bir də paxıllığı tutanda paxılın şərindən!”


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
Яндекс.Метрика