Загрузка...

Mioma aşkar olunub. Nə etmək lazımdır?

Bəzən USM zamanı qadında mioma aşkar olunur. Bu halda nə etmək lazımdır?

İlk növbədə sakitləşin. Mioma xərçəng deyil və bir çox hallarda qadının həyatına və səhhətinə heç bir mənfi təsir etmir. Bir çox qadınlarda mioma profilaktik müayinə və ya digər xəstəliklə bağlı olan müayinə zamanı təsadüfən aşkar olunur.

Miomanın aşkar olunması heç də bütün hallarda əməliyyata göstəriş sayılmır.

Miomanın cərrahiyyə yolu ilə xaric olunması yalnız aşağıdakı hallarda mütləq sayılır:

- Mioma güclü və konservativ (dərmanlar vasitəsilə) müalicəyə tabe olmayan  qanaxmalara səbəb olduqda.

- Bədxassəli şişə ciddi şübhələr yarandıqda.

- Postmenopauza zamanı miomanın böyüməsi.

- Mioma sonsuzluğa səbəb olduqda.

- Mioma güclü ağrılara səbəb olduqda və ya qonşu orqanları sıxdıqda.

- Mioma sidik ifrazatının pozulmalarına və anemiyaya səbəb olduqda.

Bütün digər hallarda mioması olan qadın adətən ginekoloqun nəzarətində qalır və müəyyən fasilələrlə (adətən 2-3 aydan bir) USM-dən keçir. Əgər növbəti USM zamanı miomanın ölçüləri böyümüş olarsa və ya qadının səhhətində mioma ilə bağlı olan hər hansı pozulmalar inkişaf edərsə, bu halda qadın cərrahiyyə əməliyyatına göndərilə bilər. Lakin bir çox hallarda miomalar uzun illər ərzində dəyişikliksiz qalır və heç bir simptomla özünü büruzə vermirlər.

Cərrahiyyə əməliyyatından başqa heç bir digər müalicə üsullarla miomanı kiçiltmək və ya yox etmək mümkün deyil.

Bəzi dərmanlar var ki, onların köməyi ilə miomanın böyüməsini müvəqqəti olaraq dayandırmaq olur. Lakin bu preparatların qəbulu dayandırdıqdan sonra miomanın ölçüləri adətən sürətlə böyüməyə başlayır. Bu səbəbdən bu preparatlar yalnız bəzi hallarda adətən əməliyyata hazırlıq dövründə istifadə olunur.

Bəzi hallarda mioma heç bir müalicə olunmadan kiçilə bilər və hətta yox ola bilər. Lakin bu yalnız postmenopauza dövründə olan qadınlara aiddir. Bu zaman qadının orqanizmində ciddi dəyişikliklər baş verir - yumurtalıqlar fəaliyyətdən qalır, qadın hormonların səviyyəsi kəskin azalır. Bu şəraitdə miomanın kiçilməsi və hətta yox olması mümkün olur. Lakin əgər qadının yumurtalıqları normal işləyirsə, mioma kiçilə bilməz (ən yaxşı halda mioma uzun müddət ərzində böyüməyə bilər).


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#8 Administrator 03.06.2015 18:24
Цитирую aynur:
salam bu mioma olan qadin uwaq doga biler? xaiw edirem cavab yazasiniz.

Bu linkə keçib gonekoloqa sual verin: http://saglamolun.az/index.php/ginekologiya/4415-seyran-cabbarova.html

HƏKİMLƏR

Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика