Yodun sağlamlıq və gözəlliyə təsiri...

Yod - orqanizmdə baş verən prosseslərin mübadiləsində iştirak edən  çox vacib  mikroelementdir.

Bəs bu mikroelemen çatışmadıqda xarici görünüş və orqanizmin sağlığına necə təsir edir?

Yodun vacibliyi.

Qalxanvari vəz üçün çox önəmli olan bu mikroelement onun lazımı  hormonları istehsal etməsi üçün zəruridir. Onlar  isə öz növbəsində həyatı  funksiyaları kontrol edirlər. Çox hallarda, hamiləliyin  və uşağın bətndaxili inkişafı, qadın orqanizmində yodun miqdarından asılı olur. Təbii ki, yodun xarici gözəliyyə də təsiri az deyil. Orqanizmə yod çatışmadıqda iştahın çox olması, artıq çəki, dərinin iltibahi xəstəlikləri, saç və dırnaqların  zəifləməsi, diş və damaqların xəstəlikləri kimi proseslər baş verir.

Yəqin ki, hamımız, yay yalarında dəniz kənarında keçirtdiyimiz məzuniyyətdən sonra dərimizin necə təmiz və təravətli olduğunu müşahidə etmişik. Mikroelementlərlə zəngin olan və təbii ki tərkibində yod olan dəniz suyu  dərini hamar və elastik edir.  Dırnaqlarınız zəif  olduqda kosmetoloqlar dırnaq üçün boya və gellərdən imtina etmənizi məsləhət görürlər. Dəniz suyu onları bir neçə gün ərzində  möhkəmlik verəcəkdir.

Yod həmçinin saçların gözəlliyində də az rol oynamır. Yod saçların tökülməsinin qarşısını alaraq, onlara möhkəmlik və parıltı verir.  Bu isə onunla bağlıdır ki, yodun normal miqdarı ümumiyyətlə oranizmdə və həmçinin  baş dərisinin hüceyrələrində baş verən proseslərin mübadiləsinə təsir edir.Bunun nəticəsində   saçlar daha çox qidalanaraq möhkəm və sağlıqlı olurlar.

Təəssüf ki, yod çatışmazlığı orqanizmdə yalnız dırnaqların zəifliyi və ya saçların solğunluğu kimi kosmetik əlamətlərlə müşahidə olunmur. İlk əlamətlərindən ən əsası   qalxanvari vəzin dəyişikliyidir. Yod çatışmadıqda vəz böyüyərək öz ölçüsü sayəsində yod defisitliyini təmin etməyə çalışır. Tibb işçiləri bu halı "eutirioid zob" adlandırırlar. Özlüyündə təhlükəli olmayan bu xəstəliyi müalicə etmədikdə gələcəkdə ciddi problemələrə gətirə  bildiyi məlumdur.

Yodu hansı məhsullarda axtaraq ?

Əsasən dəniz məhsulları, alma, gavalı, vişnə, pomidor, kök, çuğundur, süd və süd məhsulları yodla zəngin sayılırlar.

Bir məqamı da unutmayın ki, yod bədəndə yığılma xüsusiyyətinə malik deyil, o səbəbdən orqanizmi gündəlik olaraq yodla təmin etmək lazımdır.

Orqanizmi yodla təmin etməkdə diqqətli olmağı unutmayın, çünki onun defistiliyi ilə bərabər normadan artıq olması da eyni dərəcədə ziyanlıdır.

Sizə yoda olan gündəlik normanı təqdim edirik:

- südəmər körpələr ( ilk 12 ay) - 50 mikroqram (mkq)

- uşaqlar (1-6 yaş) - 90 mkq

- uşaqlar (7-12 yaş) -  120 mkq

- 12 yaşdan böyük  adam üçün - 150 mkq

-  hamilə və südverən analar - 200 mkq

Saglamolun.Az