Загрузка...

Vaginizm olmasını ehtimal edən qadınlar/qızlar nə etməlidirlər?

Bəzən qadınlarda cinsi əlaqə qorxusu kimi patoloji hala təsadüf edilir.

Belə qadınlar  özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.), eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqəyə girə bilmir. Bu hal "vaginizm" adlandırılır və xüsusi tibbi korreksiya tələb edir.

Əgər qadın ailə qurduqdan sonra normal şəkildə cinsi əlaqəyə girə bilmirsə, mütləq ilk növbədə ginekoloqa müraciət etməli və ultrasəs müayinəsindən keçməlidir.

Ultrasəs müayinəsində həkim qadının daxili cinsi orqanlarına diqqət yetirməlidir. Qadının vaginası varsa, deməli o vaginizm olsa da müalicə aldıqdan sonra cinsi əlaqədə ola biləcək. Əgər ultrason müayinəsində vagina görünmürsə, yəni  yoxdursa artıq bu anadangəlmə qüsurdur. Bu qüsurla qarşılaşdığınız zaman qadına vaginoplastika əməliyyatı təklif edərək vagina (uşaqlıq yolu) yaradılır. Bundan sonra o cinsi həyat yaşaya biləcək vəziyyətə gətirilir.

Əgər qadın ginekoloji müayinəsinə icazə verə bilmirsə və görünən maneə (iltihabi proses, irinli, qızartılı törəmə və ya kista, herpes və s.) yoxdursa, deməli burada vaginizm əlamətləri mövcuddur. Belə olduğu halda qadın mütləq vaginizmin profesional müalicəsini həyata keçirən həkim mütəxəssisə müraciət edərək müalicə almalıdır. Müalicədən sonra qadın cinsi həyat yaşaya biləcək vəziyyətdə olur.

Vaginizm.az

Dr. Günay Hacıyeva,

mama-ginekoloq

 

 

.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика