Загрузка...

Cinsi əlaqə qorxusu (vaginizm)

Vaginizm (vajinismus) - ilk gecə qorxusu olub, qadınların özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.), eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır.

Vaginizmə hansı qadınlarda rast gəlinir? Vaginizm qızların çoxu dini ailədə böyümüş, əxlaqi dəyərlərə aşırı dərəcədə önəm verən ailədə ciddi nəzarət altında böyüdülən, ali  təhsil almış, dünya görüşlü və ənənəvi ailədə böyümüş qızların arasından çıxır.  Bu qızların arasında özlərinə cəmiyyətdə müəyyən yer tutmuş müəllimələr və həkimlər də kifayət qədərdir. Uşaqlığından bəri yaşadığı psixi travmaların (sarsıntıların) vaginizmin yaranmasında çox böyük rolu var.

Qeyd etməliyəm ki, təcavüzə uğramış və ya təcavüzə şahid olmuş qızlarda da (əlbətdə ki, bizim ölkədə bu hallar demək olar ki, yoxdur), bəzi hallarda uşaq yaşlarında ata-anasının cinsi əlaqəsinə şahid olmuş, ögey ata və qardaş yanında böyümüş qızlarda da vaginizm yarana bilir. Onlar ögey ata və qardaşından özünü qorumaq mövqeyində olduğuna görə şüuraltı olaraq özünü ərindən də qoruyur.

Söylənilənlərdən görünür ki, vaginizm hər cür həyat tərzi keçirən, böyümə şəraitindən asılı olmayan qızlarda rast gəlinə bilir. Vaginizm qızlar uşaq vaxtından imalədən çəkinir, hətta qorxur. Onlar oturarkən belə çox gərgin vəziyyətdə ayaqlarını və ya bütün bədən əzələlərini yığaraq otururlar. Özləri də etitaf edir ki, ”oturanda da özümdən asılı olmayaraq gərgin oluram, özümü çox sıxıram”.

Vaginizm qızlar xasiyyətcə özlərinə qapanan, sözlərini doğmaları ilə belə paylaşmayan, küsəyən, ağlağan, həssas olurlar. Onlar asanlıqla psixi travma almağa və depressiyaya düşməyə meylli olurlar. Onlar o qədər qapalı olurlar ki, hətta ərləri ilə cinsi əlaqələrinin baş tutmamasını öz doğmalarına belə bildirmirlər. İllərlə bu problemi gizlədərək özlərini böyüklərin köməklərindən əsirgəyirlər.

Vaginizm.az

Dr. Günay Hacıyeva,

mama-ginekoloq

 

 

 

.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика