Qadınlar üçün yeni gigiyenik vasitə - AYBAŞI FİNCANI

Hər bir sağlam qadının hər ay  üzləşdiyi narahatlıqlardan biri kimi menstruasiyanı qeyd etmək yerinə düşər.

Aybaşı müddətində məlum səbəblərə görə qadına əminlik verəcək müxtəlif növ şəxsi gigiyena vasitələri icad edilmiş və istifadə edilməkdədir. Bu gigyenik vasitələr diş fırçası və ya sabun qədər əhəmiyyətli və istifadəsinə böyük tələbat olan məhsullar sırasındadır. Elm və müxtəlif texnologiyalar inkişaf etdikcə, aybaşı məsələlərinə yanaşma da dəyişir. Nəticədə aybaşı fincanları kimi yeniliklər meydana gəlir.

Aybaşı fincanı nədir?

Aybaşı fincanı çoxdəfəlik istifadəyə yarayan qadın gigiyenası vasitəsidir. Qıfvari formaya malik olan, yumşaq silikon və ya lateks rezindən hazırlanan, asanlıqla qatlanan, uşaqlıq yoluna daxil edilərək menrtruasiya ifrazatlarını özündə toplayan və sızmasına imkan verməyən kiçik bir əşyadır. www.healthline.com qeyd edir ki,  digər vasitələr-bez və ya tampon ifrazatı özünə hopdurduğu təqdirdə, sözü gedən fincanlar həmin ifrazatları tutub-toplamaq prinsipi ilə işləyir.

Sözsüz ki, bütün çoxdəfəlik vasitələr kimi aybaşı fincanlarının istifadəsi zamanı gigiyenik qaydalar mövcuddur və onlara riayət olunmalıdır. İlk növbədə fincan sutka ərzində ən azı 2-3 dəfə çıxarılıb boşaldılmalı, sabunlu su ilə yuyulmalı, qurulandıqdan sonra uşaqlıq yoluna yenidən yerləşdirilməlidir. Yerləşdirərkən əllərin təmiz olmağı da mühüm gigiyenik qaydalardan biridir.  Aybaşı bitdikdən sonra fincanı qaynayan suda sterilizasiya etmək tövsiyə olunur. Düzgün qulluq olunarsa, aybaşı fincanları 6 aydan 10 ilə qədər yararlı və işlək vəziyyətdə ola bilər.

Aybaşı fincanlarının digər vasitələrlə müqayisədə üstünlükləri nədədir?

Cibə dostdur. Çoxistifadəli olduğu və uzun müddət istifadəyə yaradığı üçün hər ay aybaşıya dair şəxsi gigiyena vasitələrinin alınmasına ehtiyac qalmır.

Təhlükəsizdir. İfraz olunan qanı özünə hopdurmadığından qadınlarıToksik Şok Sindromu (TŞS) riskinə atmır. TŞS tampon istifadəsi ilə əlaqədar olan nadir bir bakterial infeksiyadır. Bu sindromun əlamətləri qızdırma, səpki, dərinin soyulması və aşağı qan təzyiqi ola bilər.

Daha çox ifrazat saxlaya bilir. Tampon və bezlərdən fərqli olaraq, fincan daha çox ifrazatı tutub saxlaya bilir. Nəticə daha az ayaqyoluna dəyməyə ehtiyac olacaqdır, çünki, 12 saata qədər saxlama qabiliyyəti var. Həmçinin hər dəfə təbii ehtiyacları ödədikdə yuyunmaq üçün tampon kimi (hər 4-8 saatdan bir) onu çıxartmağa və ya bez kimi (hər 3-4 saatdan bir) dəyişməyə ehtiyac olmur. Aybaşı fincanları gecələr daha rahat yatmağa imkan verir.

Təbiətə zərər yetirmir. Çoxdəfəlik, ekoloji səmərəli digər məhsullar kimi aybaşı fincanları uzun müddətli istifadəyə malikdir. Digər tərəfdən ətrafı zibilləyən tampon və bezlər kimi zibillikləri doldurmur, küçələrdə ayaq altında rast gəlinmir.

Qoxunun qarşısını alır.  www.webmd.com tibbi saytın verdiyi məlumata görə aybaşı zamanı ifraz olunan qan hava ilə təmada olarkən, xoşagəlməz qoxuya səbəb ola bilər. Lakin aybaşı fincanı hava ilə heç bir təmasa malik olmadığından qoxuya da əsas olmur.

Hər bir əşya və məhsulda olduğu kimi aybaşı fincanlarının da bir neçə narahatlğı var:

- Düzgün ölçü və uyğun olanı tapmaq gərəkdir.

- 2011-ci ildə aparılan araşdırmalara görə aybaşı fincanları bəzi qadınlarda uşaqlıq yolunda qıcıqlanmaya səbəb ola bilər.

- Aybaşı fincanının yerləşdirilməsi və çıxarılmasına bir qədər vərdiş etmək gərəkdir.

Mənbə: Vib.az

 

/

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...