Загрузка...

Menstruasiya zamanı ağrı və nasazlıqlar

Bir çox qadınlarda menstruasiya (aybaşı) tsikli bu və ya digər xəstəlik hissiyyatları ilə keçir.

Bu halı həkimlər menstruasiya önü sindromu (menstruasiyadan əvvəl qadın orqanizmində olan pozğunluqlar) və alqodismenoreya (ağrılı aybaşı) kimi adlandırırlar.

Birinci halda aybaşı (menstruasiya) başlamazdan bir neçə gün əvvəl qarının aşağı hissəsində ara verməyən ağrılar, xeyli selik ifrazı, tezləşmiş sidik ifrazı hissiyyatı, ümumi hal-əhvalın pisləşməsi, süd vəzilərinin mümkün ola biləcək gərginləşməsi, baş ağrıları, başgicəllənmə, miqren (kəskin baş ağrıları), bayılmalar (özündəngetmələr), depressiya, hər şeyə kəskin reaksiya vermək, ürəyi kövrəklik və bir çox digər narahatedici əlamətlər əmələ gəlir.

Aybaşı başlayandan sonra bu narahatlıqlar ya keçib gedir və ya arta bilərlər. Alqodismenoreya zamanı qadında qarının aşağı hissəsində ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, baş ağrıları, ümumi zəiflik, bəzən isə huşun itirilməsi (bayılma) kimi əlamətlər olur. Bir sıra qadınlarda bu əlamətlər tez bir zamanda keçib getsə də, digərlərində menstruasiyanın sonuna qədər saxlanmış olur.

Əlbəttə ki, aybaşı (menstruasiya) zamanı olan ağrılar uşaqlığın müxtəlif patoloji xəstəliklərində - endometrioz (uşaqlığın selikli qişasının iltihabı), uşaqlıqda daxili çapıqların olması, uşaqlığın formasının düzgün olmaması, uşaqlığın mioması və s. bu kimi patoloji hallarda da baş verə bilər. Məhz buna görə aybaşı dövründə, kəskin ağrılar hiss edildiyi halda mütləq ginekoloqa müraciət etmək lazımdır.

Onu da qeyd etmək lazımdır ki, bir çox hallarda menstruasiya vaxtı və ya ondan qabaq, hətta kəskin ağrılar və digər “narahatlıqlar” hiss edən qadınlar tam sağlam olurlar. Bəs bu halda menstruasiya vaxtı olan ağrılar və digər xoşagəlməz hissiyyatlar nə ilə əlaqədardır? Ginekoloqlar bu halları qadın cinsi hormonlarının orqanizmə təsiri ilə əlaqələndirirlər. Məlum olduğu kimi, uşaqlıq menstruasiya dövründə şişkinləşdiyi üçün onun ölçüləri bir qədər artaraq əvvəlki halına nisbətən daha çox yer tutmuş olur. Ola bilər ki, bu zaman uşaqlıq qonşu orqanlara dirənir ki, bu da çanaq nahiyəsində ağrılar və digər narahatlıqlara səbəb olur. Ağrılar menstruasiya zamanı uşaqlıq boynunun əzələ qatının vaxtında boşalmaması (genişlənməməsi) nəticəsində də baş verə bilər; yəni uşaqlığın selikli qişasının qopması başlamış olduğu halda, uşaqlıq boynu lazımi ölçülərədək genişlənməmiş ola bilər. Bu halda uşaqlıq içəri tərəfdən dartılmaqla özü-özünü genişləndirir ki, bu da ağrıya səbəb olur.

Menstruasiya vaxtı və ondan qabaqkı dövrdə, qadının sinir sistemi və psixoloji halında olan dəyişiklikləri həkimlər, qadın cinsi hormonlarının sinir sisteminə olan təsiri ilə izah edirlər. Beləliklə, həkimlə məsləhətləşdikdən sonra, ağrılı aybaşının olmasına baxmayaraq sizin orqanizminizdə heç bir patoloji pozğunluğun olmadığına əmin olduqdan sonra, ümumi vəziyyətinizi yungülləşdirmək üçün aşağıdakı məsləhətlərimizdən istifadə edin:

- Menstruasiya başlanan günü və ondan 1 gün əvvəl bir çox qadınlara adi spazmolitik dərman preparatlarından birinin (sizə hansı preparatın uyğun olmasını seçmək üçün həkiminizlə məsləhətləşin) qəbul edilməsi yaxşı kömək edir;

- Kəskin ağrılar olduğu halda həkim-ginekoloqla məsləhətləşərək ağrıkəsici preparatlarından da istifadə etmək olar;

- Bir çox qadınlara isti vanna qəbul edilməsi də yaxşı kömək edir. Bu, əzələlələrin yüngül dərəcədə boşalmasına səbəb olur ki, bunun da nəticəsində uşaqlıq boynu daha tez açılır. Bu məqsədlə həmçinin qarının aşağı hissəsinə isti qrelka (içinə isti su tökülüb bədənin ağrıyan yerinə qoyulan rezin qovuq) da qoymaq olar;

- Aktiv fiziki hərəkətlər də bir çox hallarda qadınlarda ağrının azalmasına səbəb olur;

- Ağrının azalmasına aşağıdakı idman hərəkəti də kömək edə bilər: arxasıüstə uzanaraq divar boyu ayaqlarınızı yuxarı qaldırın. Bədən əzələlərinizi tam şəkildə boşaldaraq bu halda 15 dəqiqə ərzində uzanın;

- Menstruasiya vaxtı ümumi əhval-ruhiyyənin kəskin şəkildə pisləşməsi, psixi və nevroloji gərginlik, hər şeyə kəskin reaksiya vermək, depressiya və s. əlamətlər olduğu hallarda həkim-nevropatoloqa müraciət etməklə sakitləşdirici dərman preparatlarının qəbul edilməsi barədə məsləhət almaq olar.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#57 Administrator 19.09.2014 04:26
Menstrual dövründə baş verən dəyişikliklər (menstrual dövrünün uzanması və qısalması, qanaxmanın artması və ya azalması, ağrıların əmələ gəlməsi və s.) qadın cinsiyyət sistemində olan hər hansı pozulmanın əlaməti ola bilər. Bu səbəbdən ginekoloqa müraciət edin və lazım olan müayinələrdən keçin.

loading...
.

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика