Menstruasiya necə olmalıdır? Norma və patologiya

Menstruasiyalar adətən 11-15 yaşlar arası başlayır. Əksər hallarda bu genetika ilə bağlı olan amildir.

Lakin menstruasiyalar 17 yaşa qədər başlamayıbsa və ya 10 yaşdan tez başlayıbsa, bu artıq patologiya sayılır.

Menstruasiya başlayandan sonra ilk 1 il ərzində menstruasiya müntəzəm olmaya bilər. Lakin daha sonra menstrual dövr tənzimlənməlidir, yəni menstruasiyalar hər dəfə müəyyən fasilələrlə təkrarlanmalıdır. Əgər bu baş vermirsə, həkimə müraciət etmək lazımdır.   

Menstrual dövr (menstruasiyalar arasında dövr) 21-35 gün təşkil edə bilər. Bundan qısa və ya uzun dövr, menstrual dövrünün qısalması və ya əksinə uzanması, həkimə müraciət üçün səbəb sayılır.  

Menstrual qanaxma 3-7 gün davam edə bilər. Əgər menstruasiya 7 gündən çox davam edirsə və qanaxma azalmırsa, mütləq həkimə müraciət edin.

Menstruasiya zamanı gigiyenik bezlər hər 3-4 saatdan bir dəyişilməlidir. Əgər 1-2 saatdan sonra bez tam dolursa və qadın onu dəyişməli olursa, bu təhlükəli haldır və qadın mütləq həkimə müraciət etməlidir.

Menstruasiya zamanı çox güclü olmayan ağrılar mümkündür. Lakin ağrılar çox güclüdürsə, qadın tez-tez ağrıkəsici dərmanları qəbul etməli olursa, bu hər hansı patologiyadan xəbər verə bilər.

Menstrual ifrazatların kəskin, pis qoxusu olmamalıdır.

Menstruasiyalar arasında qalı ifrazatlar, cinsi əlaqə zamanı qanama həkimə müraciət üçün səbəb sayılır.

Menstruasiyalar tam kəsildikdən (klimaks) 1 il sonra qanlı ifrazatların olması çox ciddi xəstəliklərin, hətta xərçəngin simptomu ola bilər.

Hamiləlik zamanı menstruasiyalar mümkün deyil. Hamiləlik zamanı qanlı ifrazatların olması çox təhlükəlidir və hamiləliyin pozulmasına işarə edə bilər.  


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика