Nevroz, stress, panik atak zamanı xüsusi nəfəsalma. Psixoterapevt tövsiyə edir

Hal hazırda nevroz, panik ataka, xroniki stress çox yayılmış pozulmalardır. Bu pozulmaları müalicə etmək olduqca çətindir.

Müalicə zamanı müxtəlif psixoterapevtik metodikalar, bəzi dərman preparatlarının təyin olunması kömək edir.

Şərq təcrübəsində bu pozulmalarla mübarizə aparmaq üçün çox sadə, lakin çox effektli metodika var. Tez-tez eşidmək olur - əsəbləşmisənsə, dərindən nəfəs al. Bu həqiqətən belədir. Bu təcrübə Şərqdə çox geniş istifadə olunur. Buna "kvadrat nəfəsalma" deyilir. Son zamanlarda bu üsulun tibbi əsaslandırılması tapılıb.

Bu metod effektivliyi diqqətin konsentrasiyasına və qanda karbon qazının yığılmasına əsaslanır. "Kvadrat nəfəsalma" zamanı noradrenalin və serotonin hormonlarının qana atılması  azalır ki, nəticədə əzələlər boşalır və insan sakitləşir. Bu metod stress, nevroz, panik ataka tutması zamanı "təcili yardım" kimi istifadə olunur və çox yaxşı nəticələr verir.

"Kvadrat nəfəsalma"nın tətbiqi:

1. Rahat oturun.

2. 4 saniyə ərzində burnunuzla asta və dərin nəfəs alın.

3. Nəfəsinizi 4 saniyə ərzində saxlayın.

4. Sonra ağzınızla 4 saniyə ərzində nəfəs verin.

5. Nəfəsinizi 4 saniyə ərzində saxlayın, bədənin əzələlərini mümkün qədər boşaldın, gülümsəməyə çalışın və yenə hər şeyi təkrarlayın.

6. "Kvadrat nəfəsalma"nı 15 dəfə etmək lazımdır.

Mənbə: dr-vichkapov.ru

 

Saglamolun.Az



loading...

.