Yüksək təzyiqi aşağı salmaq üçün ən yaxşı şirə müəyyənləşdi

Mərsin şirəsinin uzun müddətli istifadəsi yüksək qan təzyiqini azaldır və damarların funksiyasını yaxşılaşdırır.

Oxu.az “Medicalxpress” nəşrinə istinadla bildirir ki, belə bir nəticəyə Helsinki Universitetinin tədqiqatçıları apardıqları eksperimental araşdırmalar  zamanı gəliblər.

Mərsinin tərkibində ürək-damar xəstəliklərinin riskini aşağı salan polifenolların  miqdarı yüksəkdir. Polifenollarla, həmçinin qaragilə, quşüzümü və qara qarağat zəngindir.

Təbiət elmləri üzrə magistr Enn Kivimyaki mərsin, quşüzümü və qaragilə şirələrinin xüsusiyyətlərini araşdırıb. Siçovullar üzərində aparılan eksperiment zamanı o müəyyən edib ki, durulaşdırılmış mərsin şirəsi təzyiqi əhəmiyyətli dərəcədə aşağı salır, tərkibində böyük miqdarda polifenol olan şirə, həmçinin qan damarlarının pozulmuş funksiyasını bərpa edir.

Nəticələr təzyiqi bir az yüksək olan insanlar üzərində sınaqdan keçirilməlidir. Alim qeyd edir ki, dərman əvəzinə onlara həyat tərzini dəyişdirməyi və düzgün pəhriz saxlamağı tövsiyə etmək olar. Eyni zamanda, Kivimyaki vurğulayıb ki, mərsin şirəsi dərmanları tamamilə əvəz etmir və yalnız ümumi terapiyaya əlavə olaraq məsləhət görülə bilər.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...