Xərçəngin yaranma risklərini necə azaltmaq olar?

Sağlam həyat tərzi və tərkibində böyük miqdarda sellüloza olan düzgün qida rasionu xərçəng xəstəliyinin yaranma risklərini azaldır.

Sputnik Azərbaycan "Komsomolskaya pravda" qəzetinə istinadən xəbər verir ki, bunu onkoloq, tibb elmləri doktoru Nikolay Jukov deyib.

Jukovun sözlərinə görə, artıq çəki və bədxassəli şişlərin yaranması arasında əlaqə var. Bu xüsusilə də qadınlarda daha çox müşahidə olunur.

"Piy toxuması qadın hormonu olan estrogenin daha çox ifrazatına səbəb olur. Artıq hormonlar isə qadının cinsiyyət orqanlarının normal hüceyrələrini daha aktiv olmağa, daha çox bölünməyə stimullaşdırır. Daha çox bölünmə isə hüceyrələrin birində problemin yaranma riskini artırır", - onkoloq izah edib.

Onkoloq həmçinin hepatit B və insan papilloma virusuna qarşı peyvənd olunmağı məsləhət görüb.

Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

HƏKİMLƏR

Nigar Kərimova

Nigar Kərimova

Oftalmologiya

Cərrah oftalmoloq Tibb üzrə fəlsəfə elmləri doktoru İş stajı - 13 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика