Pəhriz saxlamadan necə arıqlamaq olar?

Köklük tək kosmetik qüsur deyil. Köklük bir çox xəstəliklərin və pozulmaların (ürək-damar, endokrin, dayaq-hərəki sistemi xəstəlikləri, onkoloji xəstəliklər və s.) əsas risk faktorlarından biri sayılır.

Bu səbəbdən insan tək yaxşı görünmək üçün deyil, sağlam olmaq üçün artıq çəkidən azad olmağa çalışmalıdır.

İnsanların əksəriyyətinin fikirinə görə, yalnız ac qalmaqla, qidanı kəskin azaltmaqla arıqlamaq mümkündür. Bu isə bir çoxları üçün çətin bir problemə çevrilir.

Lakin alimlərin fikirinə görə hətta adi qaydada qidalanmaqla çəkini azaltmaq mümkündür. Bunun üçün sadəcə... yatmaq lazımdır. Ulu əcdadlarımızla müqayisədə müasir insanlar daha az yatır və bu da artıq çəkinin yığılmasının səbəblərindən biridir.

Amerikada aparılmış araşdırma göstərib ki, yalnız yuxu vaxtını uzatmaqla insanlar artıq çəkinin  azalmasına nail olublar. Araşdırmada 50 nəfər artıq çəkisi olan insan iştirak edib. Axşam 22.00-dan gec olmayaraq yatmağa gedən və gecə 8 saat yatan insanlar gün ərzində 6 və bundan az saat yatan insanlarla müqayisədə 20% az qida qəbul edirdilər. Alimlər bunu orqanizmdə iştaha hormonu olan qrelin hormonun ifrazı ilə izah edir. Gecə saatlarında az yatan insanlarda bu hormonun ifrazı artır və insan gün ərzində daha çox qida qəbul edir.

Saglamolun.Az




loading...

 

 

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Həcər Hüseynova

Həcər Hüseynova

Ginekologiya

Mama-ginekoloq Əmək stajı - 11 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...

 


Яндекс.Метрика