IFL Science xəbər verir ki, bir qrup Amerika alimləri hal hazırda MemphisMeats adlı layihə üzərində işləyirlər.
Bu layihənin əsas məqsədi heyvanlardan alınmış hüceyrələr əsasında süni ətin hazırlanmasıdır.
Süni ətin hazırlanmasında yüksək regenerasiya (bərpa) qabiliyyətinə malik olan donuz, inək və toyuqların hüceyrələri istifadə olunur. Hüceyrələri xüsusi bioreaktora yerləşdirirlər və 1-3 həftə ərzində yetişdirirlər.
Alimlərin sözlərinə görə, süni ət bütün təbii ətin xüsusiyyətlərinə (dad, rəng, konsistensiya) malikdir. Alimlər artıq bu ətdən hazırlanmış küftənlərin dadına baxıblar və təsdiq edirlər ki, ət həqiqətən çox dadlıdır.
Yaxın 5 il ərzində layihənin maliyələşdirilməsi üçün bir neçə milyon vəsait alan alimlər süni ətdən bir neçə növ müxtəlif məhsullarının buraxılmasını planlaşdırırlar.
Alimlərin sözlərinə görə, bu məhsullar tam ziyansız olacaq, onların tərkibində patogen orqanizmlər və ya antibiotiklərin izləri olmayacaq.
Saglamolun.Az