Nikotin turşusunun sağlamlığımız üçün əhəmiyyəti

Nikotin turşusu (digər adlar - PP vitamini, B3 vitamini, niasin) orqanizm üçün çox vacib vitaminlərdən biridir.

Bu vitamin orqanizmdə gedən müxtəlif proseslərdə böyük rol oynayır. Bu vitamin müxtəlif xəstəliklərin və pozulmaların müalicəsində dərman vasitəsi kimi istifadə olunur.

Nəzərinizə çatdıraq ki, nikotin turşusu və siqaretlərdə olan nikotin müxtəlif maddələrdir. Bu səbəbdən nikotin turşusunun qəbulu orqanizmə heç bir ziyan gətirmir.

- Niasin sinir sisteminin və baş beyinin normal fəaliyyətini təmin edir. Bu səbəbdən bu vitamin müxtəlif sinir sistemi xəstəliklərinin (miqren, depressiya, şizofreniya və s.) müalicəsində istifadə olunur.

- Nikotin turşusu ürək-damar sisteminə də böyük təsir edir - kiçik damarları genişləndirir, qan dövranını yaxşılaşdırır, arterial təzyiqini normallaşdırır, xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Nikotin turşusu qan dövranı pozulmaları zamanı müalicəvi vasitə kimi istifadə olunur.

- Nikotin turşusu həzm sisteminin normal fəaliyyətində böyük rol oynayır - iltihabı azaldır, mədə şirəsinin ifrazını artırır, mədəaltı vəzinin və qara ciyərin funksiyalarını stimullaşdırır. Nikotin turşusu qara ciyər, mədə və 12 barmaq bağırsağı xorası, enterokolit kimi xəstəliklərin müalicəsində istifadə olunur.

- Digər B qrupu vitaminləri ilə birlikdə nikotin turşusu hemoqlobinin sintezində və eritrositlərin yaranmasında iştirak edir.

- Niasin müxtəlif hormonların (estrogen, progesteron, testosteron, kortizon, qalxanvari vəzi hormonları və s.) sintezində böyük rol oynayır.

- Niasin orqanizmdə gedən bütün maddələr mübadiləsi proseslərində iştirak edir.

- Nikotin turşusu oynaqların sağlamlığını qoruyur və bu səbəbdən artritin müalicəsində istifadə olunur.

Bu vitaminin orqanizmdə çatışmazlığı bir çox pozulmalara səbəb olur. Bu pozulmalar arasında:

- dəridə qızarma, qabıqvermə, quruluq, xoraların əmələ gəlməsi

- ürəkbulanması, iştahanın azalması, qıcqırma, ishal, həzm proseslərin pozulması

- yorğunluq, zəiflik, yuxusuzluq

- depressiya, əsəbilik, apatiya, baş ağrıları

- taxikardiya, immunitetin zəifləməsi.

Nikotin turşusu "pellaqra" kimi kifayət qədər nadir xəstəliyin müalicəsində və bu xəstəliyin profilaktikasında əsas rol oynayır. Bu xəstəlik zamanı orqanizmin bir çox sistem və orqanlarında pozulmalar inkişaf edir. Müalicəsiz buraxılmış bu xəstəlik insanın həlak olmasına səbəb ola bilər. Bu xəstəliyin əsas səbəbi natamam qidalanmadır.

Nikotin turşusu orqanizmdə çox vacib rol oynayır. Bu səbəbdən insan bu maddə ilə zəngin olan qidaları öz qidalanmasına daim daxil etməlidir. Nikotin turşusunun əsas mənbələri:

- ət, qara ciyər, balıq, yumurta, pendir

- kartof, kök, pomidor, bolqar bibəri, qarabaşaq, lobya, noxud, araxis, pivə mayası.

Saglamolun.Az




loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Həcər Hüseynova

Həcər Hüseynova

Ginekologiya

Mama-ginekoloq Əmək stajı - 11 il

Ətraflı...
Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

 


Яндекс.Метрика