Загрузка...

Dişləri ağardan kenger (qanqal) saqqızı

Təbii yolla yetişən kenger (qanqal) şəfaverici bitki hesab olunur.

Kenger otu tərəvəz kimi istifadə olunmaqla yanaşı köklərindən əldə edilən saqqız da dişlərə qulluq baxımından olduqca faydalıdır.

Diş fırçası funksiyasını yerinə yetirir

Diş ağrıları və diş əti problemlərində kenger saqqızından istifadə oluna bilər. Spazm tipli ağrıları azaldıcı və sinirləri gücləndirici xüsusiyyəti vardır. Miqrenə qarşı faydalıdır, qanı təmizləyir, tərlədici və bədəni rahatladıcı xüsusiyyətə malikdir. Çiy şəkildə istifadə olunmaqla yanaşı yeməklərdə, salatlarda istifadə olunur və turşusu da hazırlanır.

Eyni zamanda kökləri qurudulub toz halına gətirilərək qəhvə kimi də içilə bilər. Kengerin kök hissəsinə çəkilən bir cızıqla oradan ağımtıl süd axır və bu südün qatılaşması ilə kenger saqqızı əldə edilir. Təbii saqqız olduğu üçün ona daha çox üstünlük verilir. Xüsusilə də diş xəstəlikləri başda olmaqla bir çox diş problemlərinə qarşı təsirlidir. Xoş ətri və özünəxas dadı ilə bölgə əhalisinin vazgeçilməz qidalarındandır.

Diş ağrıları, diş ətiproblemləri və dişlərin ağardılmasında böyük təsirə malikdir. Həmçinin öd kisəsindəki daşların salınmasında, mədə ağrısı və şişlərinin müalicəsində də təsirlidir. İştahaçıcı xüsusiyyəti vardır, həmzsizlik, təzyiq, üz iflici və şəkər xəstələrinə müsbət təsir göstərdiyinə dair xalq arasında inanclar vardır.

Kenger saqqızı təbii strukturu ilə diş fırçası funksiyasına da malikdir, dişlərin təmizlənməsində effektiv rol oynayır. Ağız oynaqlarını hərəkətə keçirərək diş ətlərini də masaj edir.

Ancaq kenger saqqızını çeynəmək səbr tələb edir, çünki saqqızın yumşalması təxminən bir həftə vaxt alır. Eyni zamanda kenger saqqızı mütləq suyun içində saxlanılmalıdır. 5-6 ay müddətində istifadə oluna bilər.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика