Qırmızı ət podaqra xəstəliyinə səbəb ola bilər

Mütəxəssislərin fikrincə, podaqra xəstəliyi qidalanma vərdişləri ilə yaxından əlaqəlidir.

Qarından bişirilmiş yeməklər, kəlləpaça, mürəkkəb balığı (kalmar), krevet, midye kimi dəniz məhsulları da diqqət edilməsi gərəkli olan qidalar sırasındadır.

Vücudda sidik turşusunun normadan artıq olması nəticəsində ortaya çıxan və bir çox orqanlarda problemlərə yol aça bilən podaqra xəstəliyinin qarşısının alınması üçün qidalanmaya diqqət yetirmək önəmlidir. Xəstəliyin qidalanma vərdişləri ilə yaxından əlaqəli olduğunu qeyd edən daxili xəstəliklər üzrə mütəxəssis köməkçi dossent, dr. Oktay Olmuşçelik diaqnozunun asan olmasına baxmayaraq bu xəstəliyin gec fərqinə varıldığını vurğulayıb.

Əsasən ayaq baş barmağında çox ağrılı şişkinlik və qızartı ilə fərqinə varılan bu xəstəliyin əsas səbəbi sidik turşusunun yüksək miqdarda olmasıdır. Sidik turşusunu əmələ gətirən maddələrin bədənə qəbul edilməsi və bədəndən xaric oluna bilməməsinə səbəb olan genetik uyğunluq bu xəstəliyin ortaya çıxmasına yol açır. İnsulinə davamlılıq, hipertoniya (yüksək təzyiq) və gövdə şişkinliyi ilə meydana gələn metabolik sindrom, bəzı dərmanlar, xüsusilə sidikqovucular sidik turşusunun artmasına səbəb olur.

Mütəxəssisin rəyinə görə, purin maddəsi sidik turşusunun yaranmasının əsasını təşkil edir. Bununla bağlı olaraq purinlə zəngin qidalar da xəstəliyin yaranmasına təsir göstərir. Xüsusilə fruktoza ilə dadlandırılmış qidalar, yuxarıda adlarını çəkdiyimiz qarından hazırlanmış yeməklər, kəlləpaça, mürəkkəb balığı (kalmar), krevet, midye və s. bu kimi dəniz məhsulları belə qidalar sırasında yer alır.

Saglamolun.Az





loading...

DİŞLƏRİNİZİ SARIKÖKLƏ AĞARDIN

HƏKİMLƏR

Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

 


Яндекс.Метрика