Bütün mədə problemlərini aradan qaldıran - 3 bitki çayı

 

Bu vasitələr mədədə hər hansı bir problem yaranan zaman kömək edir - şişkinliyi aradan qaldırır, mədə yanmasını dayandırır, həzmi yaxşılaşdırır.

Sağlamolun.az həmin vasitələri təqdim edir:

 

 1. 2-3 x.q. qurudulmuş kalendula çiçəklərinə 1 litr qaynar su tökün və 4 saat termosda buraxın. Sonra cuna ilə süzün və gündə 3-4 dəfə yeməkdən əvvəl için.

 

2. 2-3 çay qaşığı qurudulmuş çobanyastığı çiçəyini 1 stəkan qaynar suya töküb 10-20 dəqiqə saxlayın. Çay yerinə bir fincan için.

 

3. 100 q quru (doğranmış) şüyüdün üzərinə 1 litr qaynar su tökülür, 2-3 saat dəmləyin və gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı için.

Saglamolun.Az