Qan təzyiqini aşağı salan - Bitki çayı

 

İtburnudan hazırlanan bu çay təkcə dadlı deyil, həm də çox faydalıdır. Qan təzyiqini aşağı salır, sağlamlıq üçün faydası çoxdur.

Sağlamolun.az həmin çayın hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

İtburnu.

Çiyələk yarpaqları.

Nanə yarpaqları.

Çiyələk.

Hazırlanması:

İtburnu (quru və ya təzə istifadə edə bilərsiniz) çiyələk və nanə yarpaqlarını (hər biri 2 yarpaq) qarışdırın. Çiyələk əlavə edin. Qaynar su tökün və təxminən 10 dəqiqə dəmləmək üçün buraxın. İstifadədən əvvəl 1 qaşıq doğranmış nanə əlavə edin.

Saglamolun.Az