Niyə müntəzəm olaraq kişmiş həlimi içmək lazımdır? - Faydaları ilə...

Kişmiş-üzüm qurusu sağlamlıq üçün olduqca faydalıdır. Ən önəmli xeyri isə qan azlığı riskini aradan qaldırmasıdır. Üzümün gilələri qurudulur və quru meyvə olan kişmiş əldə edilir. Kişmişin tərkibindəki şəkər fruktoza və qlükoza şəklində olur. Kişmiş karbohidratlarla zəngindir. Qanda insulinin miqdarının artmasına səbəb olmur. Kaliumla zəngin olan qidada, həmçinin, fosfor, natrium, kalsium, dəmir, maqnium, B1, B2, B5 və PP vitaminləri var. Kişmişin ən az özü qədər suyu da çox faydalıdır.

Sağlamolun.az kişmiş həliminin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

400 ml su.

150 kişmiş.

Hazırlanması:

- Kişmişi yaxşıca yuyun.

- Qazana su töküb qaynadın.

- Qaynadıqdan sonra kişmişi əlavə edib 20 dəqiqə vam odda bişirin.

- Bir gecə saxlayın.

- Səhər istifadə etməzdən əvvəl süzün və bir az qızdırın.

 Hər səhər 4 gün olmaqla yeməkdən 30 dəqiqə əvvəl için.

 Əlavə olaraq bu vasitə dəri problemlərini həll etməyə və üzün şişkinliyini aradan qaldırmağa kömək edəcək.

Saglamolun.Az