5 saniyəlik bu qayda sizi COVID-dən qoruyacaq

Yaponiyanın Beynəlxalq Sakit Okean Universitetinin tibb  alimləri tərəfindən aparılan araşdırma SARS-CoV-2 virusunun şəxsi ünsiyyət zamanı necə ötürüldüyünə işıq salır.

Sağlamolun.az  xəbər verir ki, alimlər lazer təbəqəsi və yüksək sürətli kameradan istifadə edərək nəfəs alarkən insanın ağzından kiçik hissəciklərin hərəkət sürətini öyrəniblər.

Tədqiqata dair hesabata görə, araşdırma nəticəsində məlum olub ki, virusa yoluxma ehtimalı həm qapalı, həm də açıq mühitdə ünsiyyət zamanı beş saniyə ərzində pik həddə çatır.

Araşdırmaya görə, virusa yoluxma riskinin yüksək olduğu orta vaxt havalandırılmayan şəraitdə təxminən 1,33 saniyə, yaxşı havalandırılan şəraitdə isə 1,38 saniyədir. Bu onu göstərir ki, yaxşı qapalı havalandırma virusun ötürülməsi riskini əhəmiyyətli dərəcədə azaldır.

Bu nəticələrə əsasən, elm adamları üz-üzə görüşlər zamanı yaxın təmas vaxtının beş saniyəyə qədər azaldılması strategiyasını təklif ediblər ki, bu da hava-damcı yolu ilə virusa yoluxma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər.

Bu kəşf gündəlik həyatda effektiv infeksiyaya nəzarət strategiyalarının inkişafı üçün mühüm təsirlərə malikdir.

Saglamolun.Az