Burada pis qoxudan söhbət getmir. Sadəcə özünə məxsus bir qoxu olur.
Yaşlı insanlardan xüsusi qoxu gəlməsinin bir elmi izahı mövcuddur. Baxmayaraq ki, insanlar bunun gigiyena məsələsi olduğunu düşünməyə alışıblar. Amma əslində belə deyil. İnsan bədənində biokimyəvi proseslər yaş ötdükcə dəyişir. Həmin qocalıq qoxusunun yaranmasına "2-nonenal" maddəsi təsir edir. Yaşlılarda bu maddənin miqdarı gənclərlə müqayisədə xeyli çoxdur. Mütəxəssislərin sözlərinə görə, "2-nonenal" omeqa-7 yağ turşularının oksidləşməsi nəticəsində yaranır və insan yaşlandıqca onun təsiri də artmaqda davam edir.
Saglamolun.Az