Bahalı dərmanların yerinə bunları ala bilərsiniz. UCUZ VARİANTLAR

Heç kim xəstələnmək istəmir. Tək ona görə yox ki, bu çox xoşagəlməz haldır, həm də ona görə ki, dərmanlar olduqca bahalıdır.

Lakin insanların bir çoxu bilmir ki, əksər bahalı dərmanların (onlara həm də "brend preparatlar", "firma dərmanları" deyilir) daha ucuz, lakin eyni tərkibli analoqları var. Onları "ceneriklər" adlandırırlar.

Brend dərmanların qiymətinə reklam və marketinqlə bağlı olan xərclər, patent, müxtəlif kliniki sınaqların keçirilməsi və s. daxildir ki, nəticədə onların qiyməti xeyli artır.

Təbii ki, brend dərmanların ceneriklərlə müqayisədə müəyyən üstünlükləri var. Onlar daha yaxşı təmizlənir, onların tərkibinə bəzi əlavələr daxil edilir, onların bəzi yanaşı təsirləri yoxdur, allergik reaksiyalara daha az hallarda səbəb olurlar, bəzən daha tez təsir edirlər və s.

Ucuz dərmanların qiymətdən əlavə əsas üstünlüyü ondan ibarətdir ki, bu dərmanların saxtalaşmasına az rast gəlinir ("sərf etmir" deyə). Bahalı dərmanların isə çox tez-tez saxtalarını istehsal edirlər ki, bu müasir farmasevtik sənayedə və tibbdə artıq böyük bir problemə çevrilib.

Saglamolun.az oxucularına bir sıra tez-tez istifadə olunan bahalı brend dərmanların və onların ucuz analoqlarının siyahısını təqdim edir (brend dərmanların adları birincidir).

Nurofen - İbuprofen, İbufen

Mezim - Pankreatin

Panadol - Parasetamol

Bepanten - Pantoderm, Depantol

Fastumgel, Bıstrumgel - Ketoprofen

Voltaren - Diklofenak

Amiksin - Levomaks

Kavinton - Vinposetin

Omez, Qastrozol - Omeprazol

Diflükan, Flükostat - Flukonazol

Zoviraks - Asiklovir

Lioton gel - Heparin mazı

İmodium - Lopedium, Loperamid

Lazolvan - Ambroksol

Zantak - Ranitidin

No-şpa - Drotaverin

Panangin - Asparkam

Ksimelin, Otrivin - Qalazolin

Aspirin Upsa - Asetilsalisil turşusu

Pirasetam - Nootropil

Lamizil (krem) - Terbinafin

Flemoksin - Amoksisillin

Sumamed - Azitromisin

Preduktal - Trimetazidin

Trixopol - Metronidaxol

Troksevazin - Trokserutin

Enap - Enalapril

Maksideks - Deksametazon

Diqqət! İstənilən dərman preparatı yalnız həkim təyin edə bilər. Lakin həkim sizə hər hansı dərmanı təyin etdikdə, bu dərmanın daha ucuz analoqun olub-olmadığını həkimdən və ya aptekdə farmasevtdən öyrənib seçim edə bilərsiniz.

Saglamolun.Az