Hələ sovet dövründə geniş istifadə olunan “menovazin” indi də öz aktuallığını itirməyib. Bu ucuz vasitənin köməyi ilə baş, əzələ, oynaq ağrıları, osteoxondroz, soyiqdəymə, öskürək, herpes və digər pozulmaları müalicə etmək mümkündür.
Menovazinin tərkibinə mentol və həmçinin anestetiklər benzokain və prokain daxildir.
Saglamolun.az bildirir ki, menovazin baş ağrılarına qarşı çox effektlidir. Baş ağrısı zamanı menovazin alın, ənsə və gicgahlara çəkilir. Bundan sonra bir qədər uzanmaq lazımdır.
Həmçinin menovazin oynaq və əzələ ağrılarını da azaldır.
Dəriniz müxtəlif səbəblərə görə qaşınırsa, menovazindən istifadə edin – bu vasitə qaşınmanı xeyli azaldır, dərini sakitləşdirir. Herpesdən qurtulmaq üçün də bu ucuz vasitədən istifadə edin.
Osteoxondroz, padikulit, işias ağrıları zamanı da menovazindən istifadə yaxşı effekt verir. Vasitə ağrıyan yerə gündə bir neçə dəfə çəkilir.
Soyuqdəymə, öskürək, bronxit zamanı menovazin bel və sinəyə çəkilir.
Saglamolun.Az