Rusiya prezidentinin sirli SAĞLAMLIQ KOKTEYLİ

Bir neçə il bundan əvvəl Rusiyanın prezidenti Vladimir Putin NTV kanalına eksklüziv müsahibə verib.

Müsahibə zamanı Putin kanalın müxbirinə xüsusi "sağlamlıq kokteyli"ni dadmağa təklif edib. Bu müsahibədən sonra kokteylin resepti İnternetdə sürətlə yayılmağa başlayıb. Reseptlər biri birindən fərqlənsə də onların əsas inqrediyentləri bunlardır: çuğundur, qıtığotu kökü (rus dilində “хрен”), alma və baldır.

Mütəxəssislər qeyd edir ki, belə zəngin tərkib həqiqətən orqanizmə çox müsbət təsir edir - təzyiqi və xolesterini tənzimləyir, damarları təmizləyir, immuniteti möhkəmləndirir, insanı daha gümrah edir, orqanizmi təmizləyir, beyinin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə iltihabları azaldır.

Saglamolun.az sizə kokteylin təxmini reseptini təqdim edir:

Tərkib:

- 1 orta ölçüdə çuğundur

- 1 iri alma

- 1 ç.q. sürtgəcdən keçirilmiş qıtığotu kökü (“xren”)

- 1 x.q. bal

- 2 stəkan qaynanmış soyuq su

Hazırlanması:

Çuğundur (çiy), alma və qıtığotu kökü 2 stəkan su əlavə etməklə blenderdə xırdalanır, bal əlavə olunur, qarışdırılır. 2 saat saxlayandan sonra kokteyli içmək olar.

Kokteyli soyuducuda saxlayın və gündə 2 dəfə 1 stəkan olmaqla yeməkdən 30 dəqiqə sonra için.

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

HƏKİMLƏR

Elçin Zodanov

Elçin Zodanov

Plastik cərrahiyyə

Plastik cərrah İş stajı - 5 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Gülnarə Xasiyeva

Gülnarə Xasiyeva

Oftalmologiya

Oftalmoloq Tibb elmləri namizədi

Ətraflı...

 


Яндекс.Метрика