Boğaz iltihabını 3-4 günə müalicə edən 70 QƏPİKLİK vasitə

Tanınmış rusiyalı həkim-revmatoloq və bir sıra kitabların müəllifi Pavel Evdokimenko öz İnternet kanalında çox ucuz və effektli dərmanlar haqqında məlumatlar verir.

Həkimin sözlərinə görə, angina (tonzillit) zamanı həkimlərin əksəriyyəti dərhal antibiotiklər təyin edir. Lakin anginanı tək mikroblar deyil, viruslar və göbələklər də törədə bilər. Bu səbəbdən həkim dərhal antibiotiklərə əl atmağı tövsiyə etmir.

Saglamolun.az bildirir ki, Evdokimenkonun sözlərinə görə, boğaz iltihabları müalicə etmək üçün hal hazırda az istifadə olunan, unudulmuş, lakin çox effektli vasitə var. Bu yodinoldur (rus dilində - «йодинол»). (Bizim apteklərdə bu preparatın qiyməti təxminən 70 qəpikdir.)

Yodinol necə istifadə olunur?

Kəskin tonzillit zamanı: 2 x.q. yodinolu 1 stəkan qaynanmış ilıq suda həll edin və bu məhlulla boğazınızı gündə 3-4 dəfə qarqara edin. Qarqaradan sonra 15-20 dəqiqə ərzində xəstə heç nə yeməməli və içməməlidir. Müalicə kursu - 3-7 gün.     

Xroniki tonzillit zamanı müalicə kursu 7-10 gün təşkil edir.

Diqqət! Bu şəxslər yodinolundan istifadə etməməlidir:

- 5 yaşına kimi uşaqlar

- Hamilə qadınlar

- Uşaq əmizdirən analar

- Tireotoksikoz xəstələri

- Autoimmun tireoidit xəstələri

Həmçinin nəzərə almaq lazımdır ki, yodinolu 2 həftədən çox istifadə etmək olmaz. Bu qalxanvari vəzinə mənfi təsir göstərə bilər.

Saglamolun.Az