Soyuqdəymə zamanı içdiyimiz bu dərmanlar heç bir effekt vermir. Əksinə ziyan vurur

Soyuq fəsillərdə soyuqdəymə halları kəskin artır. İnsanlar soyuqdəyməni müalicə etmək üçün müxtəlif preparatlardan istifadə edirlər - vitaminlər, virusəleyhinə preparatlar, immunomodulyatorlar, antibiotiklər, burun damcıları və s.

Lakin Rusiyanın tanınmış tele-həkimi Elena Malışeva sübut edir ki, bu dərmanların əksəriyyəti heç bir terapevtik effekt vermir, bəziləri isə hətta sağlamlığa ciddi ziyan vurur.

Başlayaq C vitaminindən. Belə hesab olunur ki, C vitamini soyuqdəymə zamanı yaxşı kömək edir. Əslində isə real virus əleyhinə effekt üçün 8 qr C vitamini lazımdır. Lakin bu orqanizm üçün çox böyük dozadır ki, belə dozanın birdəfəlik qəbulu ciddi fəsadların inkişafına səbəb ola bilər. Daha az miqdarda qəbul olunduqda isə C vitamini soyuqdəymə zamanı heç bir kömək etmir.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, digər soyuqdəymə zamanı tez-tez istifadə olunan preparatlar immunomodulyatorlardır. Malışevanın sözlərinə görə, bu preparatların da sübut olunmuş effektivliyi yoxdur. Bu həmçinin virusəleyhinə preparatlara da aiddir. Viruslar çoxdur və onlar daim mutasiya edir ki, bu səbəbdən universal, bütün virisları öldürən virusəleyhinə preparat hazırlamaq mümkün deyil.

Lakin ən təhlükəli hal soyuqdəymə zamanı həkimin məsləhəti olmadan antibiotiklərdən istifadə etməkdir. Antibiotiklər soyuqdəymənin səbəbi olan viruslara təsir etmir, antibiotiklər yalnız mikrobları  öldürür. Beləliklə, soyuqdəymə zamanı antibiotiklər heç bir effekt vermir. Digər tərəfdən antibiotiklərdən tez-tez və yersiz istifadə edən insan öz sağlamlığını çox ciddi təhlükəyə atır. Növbəti dəfə artıq səbəbli yerə təyin olunan antibiotik orqanimə lazım olan müalicəvi təsir etməyə bilər ki, mikroblar artıq bu antibiotikə “öyrəşib” və rezistentlik (dayanıqlıq) formalaşdırıblar.  Antibiotiklərə rezistentlik hal hazırda tibb dünyasında ən ciddi və təhlükəli problemlərdən biridir və bu problemin əsas səbəbi məhz antibiotiklərdən yerli-yersiz və tez-tez istifadə etməkdir.

Keçək növbəti effektli olmayan və hətta ziyanlı olan dərman preparatları qrupuna – damar daraldan burun damcılarına. Malışevanın sözlərinə görə, belə damcılar xroniki zökəmə səbəb olur və hətta infarkt və insultun riskini artırır.  Bu damcıların əvəzinə duzlu sudan və ya duzlu su əsasında damcı və spreylərdən istifadə etmək lazımdır.

Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

HƏKİMLƏR

Əminə Allahverdiyeva

Əminə Allahverdiyeva

Ginekologiya

Cərrah-ginekoloq-seksopatoloq İş stajı - 13 il

Ətraflı...
Vüqar Rəsulov

Vüqar Rəsulov

Qastroenterologiya

Qastroenteroloq İş stajı – 18 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика