Qalstuk aksessuardır, ya xəstəlik mənbəyi? - Kişilərə XƏBƏRDARLIQ

Xanımlar kimi kişilər də bir çox aksessuarlardan istifadə edirlər. Bunların arasında qalstuklar iş həyatında kişilərin vazgeçilməz aksessurlarından sayılır.

Ancaq insanların əksəri bu aksessuarın bir çox xəstəliklər yarada bildiyindən xəbərsizdir. Xüsusilə sıx bağlanan qalstuklar, baş ağrıları, damar sıxılmaları, boğaz  xərçəngi kimi bir çox ciddi problemlərə səbəb ola bilir.

Yeniavaz.az nevropotoloq Mehmet Yavuzun qalstukun hansı xəstəliklərə səbəb olması ilə bağlı açıqlamasını təqdim edir.

Onun sözlərinə görə, möhkəm bağlanmış qalstuk beyin-qan dövranını zəiflədir. "Bu da baş gicəllənmələri, damar tutulmaları və hətta boğaz xərçənginə kimi gətirib çıxarda bilir. Uzun müddət istifadə olunan qalstuklar vaxt ötdükcə  şah damarı zədələyir və damarda tutulmalar baş verir.  70 yaşda olan şəxslərdə bu vəziyyətə daha çox rast gəlinir. Hətta onlarda iflic xəstəliyi riski də daha çox olur".

Mütəxəssis əlavə edib ki, qalstukları uzun müddət sıx baxlamaq sağlamlıq üçün zərərlidir. "İş həyatında tez-tez qalstukdan istifadə edənlər, ya onu çox sıx bağlamamalı, ya da vaxtaşırı çıxartmalıdırlar".

Qalstuk nə zaman yarandı? - Tarixi

1660-cı ildə Osmanlılar Avstriya ordusuna məğlub olduğu zaman Avstriya-Macarıstan İmperiyası tərkibində olan Xorvatiyadan (Kroatia) bir qrup əsgər zəfərin qəhrəmanları olaraq Parisə aparıldılar və kralın hüzuruna çıxarıldılar. Bu əsgərlərin boğazlarına xanımları tərəfindən rəngli dəsmallar bağlanmışdı. Əsgərlər bu yaylıqlara baxıb öz ailələrini yada salırdılar. Bu dəsmallar romalılar dövründə səs tellərini isti saxlamaq üçün taxılan dəsmallara oxşayırdı. Kral çox bəyəndi və özü də krallıq qalstukları taxan bir ordu qurdu.

Qalstuk sözü "kroat" sözündən əmələ gəlib. Çox keçmir ki, bu moda İngiltərəyə sıçrayır. Həmin vaxtlar qalstuklar o qədər möhkəm bağlanmışdı ki, insanlar boyunlarını döndərmədən ətrafa baxa bilmirdilər. Amma onlar qılınc zərbəsindən boynu qoruyurdu. 1960-cı illərdə qalstuklar bir az gözdən düşsə də, 1970-ci illərdə yenidən populyarlığı artdı.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində yay aylarında  kişilərin qalstuk taxmaları qadağan edilib.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Nüşabə Əlişova

Nüşabə Əlişova

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı - 17 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...

 


Яндекс.Метрика