Formada qalmaq istəyənlər hər gün bunu yeməlidir. Diyetoloqdan tövsiyə

Piylənmə bütün dünyaya böyük problemə çevrilib. Alimlər daim piylənmənin qarşısını alan üsullar axtarır.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, tanınmış rusiyalı diyetoloq tibb elmləri doktoru Dmitri Nikitük artıq çəki və piylənmənin qarşısını almaq üçün hər gün sup yeməyi tövsiyə edir.

Alimin müşahidələrinə görə hər gün sup yeyən insanlar arasında piylənməyə 3 dəfə daha az rast gəlinir.

Diyetoloq həmçinin vurğulayır ki, sup bağırsaqların mikroflorasına da çox müsbət təsir edir.

Nikitükun sözlərinə görə, sup şam yeməyi üçün ən yaxşı variantdır. İnsan həm doyur, həm də artıq kalori almır.

Saglamolun.Az