Yemək yeyəndə bunu etməyin! Kökəlməyə səbəb olur

Şəkərli və yağlı qidaların istehlak edilməsi, yemək yeyərkən televiziyaya baxılması kimi davranışlar "yemək yaddaşını" zəiflətdiyi və növbəti yeməkdə daha çox yemək qəbuluna yol açır.

Deyerler.org bildirir ki, aparılan son araşdırmaya görə, bir çox insan hansı miqdarda, hansı vaxtda və nə yeyəcəyinə dair qərarları, yaxın müddətdə istehlak etdiyi yeməyə dair yaddaşının təsiri altında qalır.

Alimlər yemək yeyərkən kompyuter oyunu oynayan və yaxud televizora baxan insanların növbəti vaxt yeməklərində daha çox yediklərini aşkar ediblər. Yedikləri paya daha çox diqqət edən və bu yolla daha güclü bir yemək yaddaşı olanlar isə, növbəti dəfələrdə daha az istehlak ediblər.

Yaddaş problemlərinin də nisbətən sağlam insanlarda acgözlük və çəki artımı ilə müşayiət olunduğu bildirilir.

Yemək yaddaşını təhqiq edən alimlər, bu yeni araşdırmada beynin hipokampus bölgəsinə istiqamətləniblər. Hipokampus bir insanda nəyi, harada və nə vaxt olduğuna dair şəxsi xatirələr üçün həddən artıq mühüm hissədir. Hipokampal hüceyrələr aclıq vəziyyəti haqqında siqnallar alırlar və beynin yemək yeməyə başlaması və dayanması proseslərində mühüm rol oynayan hipotalamus kimi, digər bölgələrilə əlaqə vəziyyətindədir.

Alimlər hipokampal-asılı yaddaşın yaxın gələcəkdəki yeməyi məhdudlaşdırması fikri ilə yola çıxaraq, hipokampal funksiyanın pozulmasının, bu hüceyrələrin yenidən normal olaraq işləməyə başlaması prosesində yemək yeməyi təşviq edəcəyini düşünüblər. Bu proqnoz, işığı istifadə edərək hüceyrələri nəzarəti altına alan optogenetik üsuldan istifadə olunan laboratoriya şəraitində sınaqdan keçirilib.

Alimlər yemək yemədən əvvəl, yemək yeyərkən və sonra siçanlarda hipokampal hüceyrələri 10 dəqiqə ərzində zərərsizləşdirməyi bacaıblar. Bu hüceyrələrə spesifik bir gen yerləşdirən araşdırmaçılar, müəyyən bir dalğa boyunda işıq tutmaqla hüceyrələrin işini dayandırıblar. İşığa məruz qaldıqları müddət ərzində təsirsiz vəziyyətə düşən hüceyrələrin funksiyası, işıq kəsilən kimi normallaşıb. Təcrübədə yemək yedikdən sonra zərərsizləşdirilən hipokampal hüceyrələrin siçanların bir sonrakı paylarını daha erkən yemələrinə və az qala iki dəfə çox yemək yemələrinə səbəb olduğu müəyyən edilib.

Araşdırmada hipokampusdakı neyronların, əvvəlki yeməyin yaddaşını möhkəmləndirərək, növbəti vaxtda yemək davranışlarını məhdudlaşdırdığı fikri irəli sürülür.

Təcrübədə habelə siçanları çox yağ və ya şəkərlə qidalanmanın hipokampal yaddaşı pozduğu bir daha sübut olunub.

Oxşar şəkildə insanlarda acgözlük və köklük bu yaddaşın problemli olması və ya zərər görməsilə əlaqədardır. Pozulmuş hipokampal fəaliyyət, növbəli həddindən artıq yemək yeməyə və kökəlməyə yol açaraq, insanlarda köklüklə nəticələnir. Məsələn, şəkərli və yağlı qidalar istehlak edilərək, yaddaşın zəifləməsi növbəti yemək payının daha tez yeyilməsinə və bu payda normaldan daha çox yemək qəbuluna yol açır.

Alimlər insanın nəyi nə vaxt və nə qədər yediyinə dair hipokampal-asılı xatirələri təşviq edən üsulların, kök insanların arıqlamasına kömək edə biləcəyini düşünür.

Saglamolun.Az




Загрузка...
loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

 

 
Загрузка...

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Seymur Məmmədov

Seymur Məmmədov

Ürək-damar cərrahiyyəsi

Ürək və damar cərrahı İş stajı – 8 il

Ətraflı...

 


Яндекс.Метрика